Avstraliya Qran Prisi 2025-ci ilə qədər təqvimdə qalacaq

F-1.az xəbər verir ki, Avstraliya Qran Prisi ən azı 2025-ci ilə qədər keçiriləcək - müqavilə Albert Park və Formula1 rəhbərlikləri arasında Londonda imzalanıb.

Formula1-in Avstraliya mərhələsi təqvimdəki ən populyar yarışlardan hesab olunur. Son 3 ildə buradakı yarışları 900 min tamaşaçı tribunalardan izləyib. Yarışın təşkilatçılarının əsl avtoidman ab-havası yaratmaq təcrübələri var. Bu yarışın son illərdə (bəzi istisnaları saymasaq) mövsümün açılış yarışı olması artıq ənənəyə çevrilib.

Çeyz Keri: “Melburn ilə razılığa gəldiyimiz üçün şadam. Müqaviləni daha 2 il uzatmamızda Viktoriya ştatındakı insanların idmana marağı və yarışların uğurla təşkil edilməsi və çox populyar olması mühüm rol oynadı.  Australian Grand Prix Corporation-da olan partnyorlarımızla birlikdə çalışaraq bu mərhələnin daha əyləncəli etməyi planlaşdırırıq. Gələn il 12-15 mart tarixlərində Albert Parkda 25-ci yarış keçiriləcək, 2025-ci ildə isə yubiley 30-cu yarışı izləyəcəyik. Melburna qayıtmaq üçün səbirsizlənirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*