15 Oktyabr 2019, Çərşənbə axşamı - 12:45

Yeni Ferrari-nin detalları üzə çıxır

Yeni Ferrari-nin detalları üzə çıxır

Müəllif: Rauf Hacıyev, redaktor

08:11 - 14 Yanvar, 2016

Ferrari komandasının 2016-cı il mövsümü üçün hazırladığı yeni maşının detalları yavaş-yavaş mediaya sızır…

F-1.az daha əvvəl də xəbər vermişdi ki, Ferrari-nin saytında 5 gün davam edəcək gerisayım başladılıb. Gerisayım bitdikdən sonra italyanların 2016-cı il mövsümü üçün hazırladıqları bolidin adının açıqlanacağı iddia edilir.

İtalyan mətbuatının verdiyi xəbərlərə əsasən, Ferrari-nin ön asılqanı tamamilə yenilənib. Autosprint nəşrinin verdiyi xəbərdə deyilir ki, bolidin arxa tərəfi ensiz olacaq. Jurnal bundan başqa yazır ki, Ferrari-nin mühəndisləri Toro Rosso-nun tərzində burun elementi dizayn ediblər.

Pol Rikarda keçiriləcək yağış təkər testlərində italyanlardan hansı pilotun çıxış edəcəyi hələ də rəsmən dəqiqləşməyib. Tiffozilərin pilotu Kimi Rəykkönen yeni ildən əvvəl verdiyi müsahibədə demişdi ki, “inanmıram ki, yanvar ayında test edək, yaxşı ki, Esteban Qutyerres var…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 437
Teqlər , , , , , ,
Paylaş

logo