21 Sentyabr 2019, Şənbə - 17:19

Avstraliya-2017: Yarış

Avstraliya-2017: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

11:24 - 26 Mart, 2017

Bu mövsüm reqlamentdə ciddi dəyişikliklər edilib. Yeni maşınlarla, daha enli təkərlərlə yanaşı, bizi Berni Ekklstounsuz, Ron Dennissiz, son dünya çempionu Niko Rosberqsiz və Manor-suz mövsüm gözləyir. Barselonadakı testlərdə liderlik edən Ferrari-nin yarışlarda necə təsir bağışlayacağı hamını maraqlandırırdı və bu suallara Avstraliyada qismən cavab gəlib.

F-1.az bildirir ki, sıralanma turunda trasın rekordunu yeniləyən Lyuis Həmilton poulun sahibi olub. Keçən il poul nəticəsinə bir saniyə uduzan Sebastyan Fettel isə bu dəfə Lyuisdən 0.2 saniyə geri qalıb. Növbəti iki yeri isə Valtteri Bottas və Kimi Rəykkönen tutublar. Ötürmələr qutusunu dəyişən Ləns Strollun startda beş yer itirəcəyi hələ sıralanma turu başlamamışdan əvvəl məlum idi. Bu gün səhər isə Daniel Rikkardonun da ötürmələr qutusunu dəyişdiyi və yarışa pit yolundan başlayacağı açıqlanıb. Stroll bu yarışda çıxış edən yeganə debütant olmayıb. Paskal Verlyaynın yarışa hazır olmaması Antonio Covinatsi üçün ilk dəfə yarışa çıxmaq şansı yaradıb.

Pirelli Melburna Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Artıq məşqlərdən məlum idi ki, hətta ən yumşaq tərkib olan UltraSfot ilə də böyük məsafə qət etmək mümkündür. Yarışa Eriksson və Stroll SuperSoft, Covinatsi, Maqnussen və Palmer Soft, qalan sürücülər isə UltraSoft təkərlərlə başlayıblar.

Startda heç kim ciddi səhvə yol verməyib. Öndəki sürücülər yerlərini qoruyublar. Eriksson və Maqnussen arasında təmas yaşanıb, lakin stüardlar bunu yarış insidenti kimi qəbul edərək heç bir cəza verməyiblər. Stroll beş yer qazanaraq 14-cü yerə yüksəlib. İkinci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Fettel – Bottas – Rəykkönen – Ferstappen – Massa – Qrojan – Sayns – Peres – Kvyat. Rikkardo yarışa iki dövrə sonra qoşulub və yerli tamaşaçılar tərəfindən alqışlanıb.

Həmilton Fetteldən uzaqlaşmaqda çətinlik çəksə də, beşinci dövrədən sonra fərqi bir saniyədən yuxarı çıxarıb və almaniyalının DRS-dən istifadə etməsinin qarşısını alıb. Qrojan 14-cü dövrədə yarışı saxlamalı olub. Növbəti dövrələrdə isə pit-stop dalğası başlayıb. Alonso və Hülkenberq 17-ci, Həmilton, Palmer və Peres isə 18-ci dövrədə təkərlərini dəyişiblər. Lakin Palmer növbəti dövrədə mübarizəni dayandırıb.

Pit-stop etməyən Fettel tempini artırıb və ardıcıl sürətli dövrələr vurub. Həmilton Soft təkərlərlə bir neçə qənaətbəxş dövrə vurduqdan sonra Ferstappenə çatıb. Hollandiyalı sürücünün arxasında xeyli vaxt itirən Lyuis liderlik şansını da əldən verib. Fettel yalnız 24-cü dövrədə pitə yollanıb, Soft təkərlərlə Ferstappenin önündə trasa qayıdıb.

Maks yarışın potensial lideri Fettelə hücumlar etsə də, alman sürücü mövqeyini qoruyub. Ötürmələr qutusu sıradan çıxan Eriksson da yarışı dayandırıb. Bottas və Ferstappen 25-ci, Rəykkönen isə 26-cı dövrədə təkərlərini dəyişiblər. İki dövrə sonra Rikkardo da mübarizəni dayandıran sürücülər sırasına qoşulub. Kvyat isə UltraSoft təkərlərlə 34 dövrə vurduqdan sonra pitə yollanıb. Yarışın 35-ci dövrəsindən sonra ilk onluq belə olub: Fettel – Həmilton – Bottas – Rəykkönen – Ferstappen – Massa – Peres – Sayns – Kvyat – Alonso.

Həmilton Fettelə yaxınlaşmağa cəhd etsə də, buna nail olmayıb. Əyləc probleminə görə boksa qayıdan Stroll da yarışı dayandırıb. Maqnussen də problemlə qarşılaşıb və finişə qədər gedə bilməyib. Yarışın 52-ci dövrəsindən sonra ilk onluq belə olub: Fettel – Həmilton – Bottas – Rəykkönen – Ferstappen – Massa – Peres – Sayns – Kvyat – Alonso.

Fernando Alonso 51-ci dövrədə boksa gəlib və maşını tərk edib. Sebastyan Fettel mövsümün ilk yarışını qələbə ilə başa vurub. Bu onun karyerasında 43-cü, 2015-ci il Sinqapur Qran Prisindən sonra isə ilk qələbəsidir. Lyuis ikinci, Bottas isə üçüncü yeri tutublar.

Ferrari turbo mühərriklər dövründə ilk dəfədir ki, Mühəndislər Kubokuna liderlik edir. Çempionat iki həftə sonra Çindəki yarışla davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
15Sebastyan FettelFerrari1:24:11.6721
244Lyuis HəmiltonMercedes AMG+ 0:09.9751
377Valtteri BottasMercedes AMG+ 0:11.2501
47Kimi RəykkönenFerrari+ 0:22.3931
533Maks FerstappenRed Bull+ 0:28.8271
619Felipe MassaWilliams+ 1:23.3861
711Serxio PeresForce İndia+ 1 dövrə1
855Karlos SaynsToro Rosso+ 1 dövrə1
926Daniil KvyatToro Rosso+ 1 dövrə2
1031Esteban OkonForce İndia+ 1 dövrə1
1127Niko HülkenberqRenault+ 1 dövrə2
1236Antonio CovinatsiSauber+ 2 dövrə1
132Stoffel VandornMcLaren+ 2 dövrə1


Sürətli dövrə
: Kimi Rəykkönen (Ferrari) 1:26.538 (56-cı dövrə, 220.605 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Fernando AlonoMcLaren51asılqan
Kevin MaqnussenHaas47asılqan
Ləns StrollWilliams41əyləclər
Daniel RikkardoRed Bull26əyləclər
Markus ErikssonSauber22hidravlika
Colion PalmerRenault16əyləclər
Roman QrojanHaas14mühərrik

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
15Sebastyan FettelScuderia Ferrari25
244Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team18
377Valtteri BottasMercedes AMG Petronas F1 Team15
47Kimi RəykkönenScuderia Ferrari12
533Maks FerstappenRed Bull Racing10
619Felipe MassaWilliams Martini Racing8
711Serxio PeresSahara Force İndia F1 Team6
855Karlos SaynsScuderia Toro Rosso4
926Daniil KvyatScuderia Toro Rosso2
1031Esteban OkonSahara Force İndia F1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Scuderia FerrariFerrari37
2Mercedes AMG Petronas F1 TeamMercedes33
3Red Bull RacingTAG Heuer10
4Williams Martini RacingMercedes8
5Sahara Force İndia F1 TeamMercedes7
6Scuderia Toro RossoRenault6

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 732
Teqlər , , , ,
Paylaş

logo