M.Ferstappen: “Sürüş tərzimi dəyişməyəcəm”

Maks Ferstappen əylənmə zonasında trayektoriya dəyişdirmənin qadağan edilməsinsdən sonra bildirib ki, sürüş tərzini dəyişməyəcək...

F-1.az xatırladır ki, Ferstappen bu mövsüm bir neçə dəfə ona hücum edilərkən əylənmə zonasında trayektoriyasını dəyişdirmişdi və yerini qorumuşdu. Hollandiyalı sürücü sonuncu dəfə bu hərəkəti iki həftə əvvəl Suzukada Həmiltona qarşı etmişdi və şifahi xəbərdarlıq almışdı.

Ancaq FİA Amerika yarışından əvvəl belə bir qərar verdi ki, artıq əylənmə zonasında trayektoriya dəyişdirən sürücülərə cəza veriləcək. Əgər Ferstappen bu hərəkəti təkrarlasa, diskvalifikasiya olunacaq.

Maks Ferstappen: “Düzünü danışacam. Bir qayda qoyuldu və hamı bu qaydaya riayət etməlidir. Mən isə sürüş tərzimi dəyişdirməyəcəm. Buna inanmıram”.

Ferstappen bu dəyişikliyə görə təəccüblənməyib: “Əgər sürücülərin çoxu bu barədə çoxlu şikayətlər edirsə, qaydaların dəyişilməsi heç kimi təəccübləndirməz.

Ne etməli olduğumu və ya nə edəcəyimi düşünməyəcəm. Sadəcə yarışacam və rəqiblərimin necə müdafiə olunacağına baxacam. Bu qərar hamı üçün eynidir. Riayət etməliyik.

DRS ilə ötmələr etmək Formula1-i bəsitləşdirir. Böyük ehtimalla daha çox ötmə olacaq. Bunun idman üçün doğru olub-olmadığını fanlardan soruşmalıyıq”.

Ferstappen bildirib ki, rəqibləri də eyni cür müdafiə olunur: “Qətiliklə deyə bilərəm ki, həmişə olur. Bunu çox görmüşəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*