Avropa Qran Prisi: Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +46° C Valensiyada sıralanma turu həlledici əhəmiyyət kəsb edir, bu trasda keçirilmiş […]

Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +46° C

Valensiyada sıralanma turu həlledici əhəmiyyət kəsb edir, bu trasda keçirilmiş dörd yarşdan üçündə poulun sahibi qarışda qələbə qazanıb – son iki ildə bu trasda poul və qələbəni Sebastyan Fettel bayram edib.

Fettelin komanda yoldaşı Mark Uebber praktiki olaraq sərbəst yürüşlərdə tam işləyə bilməyib – maşının müəyyən sistemlərində hidravlik problemlər üzə çıxıb. Timo Qlok isə bu gün səhər sərbəst yürüşlərdən sonra özünü pis hiss edib və sıralanma turunu buraxmalı olub.

Birinci sessiyada Uebber növbəti problemlərlə üzləşib – hətta Soft təkərlərlə trasa çıxan avstraliyalı sürücü növbəti sessiyaya çıxa bilməyib. Heykki Kovalaynen mövsümdə ikinci dəfə növbəti sessiyaya adlayıb, Mark, Vern və yeni komandaların digər sürücüləri isə mübarizədən kənar qalıblar. Protokollara Pastor Maldonado başçılıq edib – 1:38.825.

İkinci sessiyada Heykki Medium təkərlərlə Rikkardonu da qabaqlayıb. Digər sürücülərin mübarizəsi gərgin olub və ilk onluq 0.214 saniyəyə yerləşib. Ona görə də sürətli dövrədə kiçik bir səhv həlledici olub. Hər iki Ferrari sürücüsü, yeddiqat dünya çempionu mübarizəni dayandırmalı olublar, onlarla birlikdə Senna, Peres, Kovalaynen və Rikkardo da poul uğrunda mübarizədən kənar qalıblar. Protokollara Roman Qrojan başçılıq edib – 1:38.504.

Son sessiyada mübarizə daha gərgin olub. Qrojan və Maldonado protokollara başçılıq ediblər, amma Valensiyada poullar ənənəsinə Fettel davam edib və ən yaxın rəqibini 0.3 saniyə qabaqlayıb – 1:38.086, beləliklə, almaniyalı sürücü karyerasında 33-cü, mövsümdə isə 3-cü poulunu qazanıb.

Sabah Fettellə birlikdə birinci cərgədən Lyuis Həmilton start alacaq, arxadan Maldonado və Qrojan liderliyi ələ almağa çalışacaqlar…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 14 1:39.626 04 1:38.530 1:38.086
02 L.Həmilton McLaren Mercedes 05 1:39.169 08 1:38.616 1:38.410 + 0.324
03 P.Maldonado Williams Renault 01 1:38.825 07 1:38.570 1:38.475 + 0.389
04 R.Qrojan Lotus Renault 12 1:39.530 01 1:38.489 1:38.505 + 0.419
05 K.Rəykkönen Lotus Renault 11 1:39.464 05 1:38.531 1:38.513 + 0.427
06 N.Rosberq Mercedes AMG Mercedes 04 1:39.061 02 1:38.504 1:38.623 + 0.537
07 K.Kobayaşi Sauber Ferrari 15 1:39.651 10 1:38.703 1:38.741 + 0.655
08 N.Hülkenberq Force İndia Mercedes 03 1:39.009 09 1:38.689 1:38.752 + 0.666
09 C.Batton McLaren Mercedes 13 1:39.622 06 1:38.563 1:38.801 + 0.715
10 P.di Resta Force İndia Mercedes 02 1:38.858 03 1:38.519 1:38.992 + 0.906
11 F.Alonso Ferrari Ferrari 08 1:39.409 11 1:38.707
12 M.Şumaher Mercedes AMG Mercedes 09 1:39.447 12 1:38.770
13 F.Massa Ferrari Ferrari 07 1:39.388 13 1:38.780
14 B.Senna Williams Renault 10 1:39.449 14 1:39.207
15 S.Peres Sauber Ferrari 06 1:39.353 15 1:39.358
16 H.Kovalaynen Caterham Renault 17 1:40.087 16 1:40.295
17 D.Rikkardo Toro Rosso Ferrari 16 1:39.924 17 1:40.358
18 J.E.Vern Toro Rosso Ferrari 18 1:40.203
19 M.Uebber Red Bull Renault 19 1:40.395
20 V.Petrov Caterham Renault 20 1:40.457
21 P.de la Rosa HRT Cosworth 21 1:42.171
22 N.Kartikeyan HRT Cosworth 22 1:42.527
23 Ş.Pik Marussia Cosworth 23 1:42.675
24 T.Qlok Marussia Cosworth

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Avropa Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +45° C Uik-end ərəfəsində FİA komandaları xəbərdar edib ki, onlar sıralanma turu […]

Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +45° C

Uik-end ərəfəsində FİA komandaları xəbərdar edib ki, onlar sıralanma turu ilə yarış arasında motorun kartoqrafiyasını dəyişə bilməzlər. Əvvəllər komandaların çoxu sıralanma turunda sonuncu cəhdlərində motorun xüsusi rejimindən istifadə edirdilər, amma Valensiyada mühəndislər universal qərarlar axtarmalı olublar. Bir çoxları hesab edirdilər ki, dəyişikliklər qüvvələr nisbətini dəyişəcək.

Medium və Soft tərkibləri arasında sürət fərqi çox olsa da, Felipe Massadan başqa top-komandaların digər sürücüləri birinci sessiyada sarı təkərlərdən istifadə etməyiblər – protokollara da Massa başçılıq edib. Mübarizəni isə yeni komandaların sürücüləri ilə birlikdə Xayme Algersuari dayandırıb – ispaniyalı sürücü üç ardıcıl sıralanma turunda ikinci sessiyaya keçə bilmir. Sürücülərin hamısı 107%-lik səddi aşa biliblər.

İkinci sessiyanın sonuna səkkiz dəqiqə qalmış qırmızı bayarqlar dalğalanıb – Maldonadonun maşını təhlükəli yerdə donub qalıb. İlk beşlik trasa qayıtmayıb, digər sürücülər isə mübarizəni davam ediblər. Son cəhdində Sutil onluğa daxil olub. Mübarizəni isə Sauber və Williams sürücüləri ilə birlikdə Petrov, di Resta və Buemi dayandırıblar. Protokollara isə Fettel başçılıq edib.

Sonuncu sessiyada Sutil trasa çıxmayıb – sabah almaniyalı sürücü təkər seçimi edə biləcək, Haydfeld bir dövrə vuraraq boksa qayıdıb. Fettel isə Red Bull-a səkkiz yarışda səkkizinci poulu qazanıb, Uebber ikinci olmaqla birinci cərgəni tamamlayıb. İkinci cərgədən isə Həmilton və Alonso start alacaqlar.

Hələlik dəyişikliklər Red Bull-un sıralanma turunda hegemonluğuna son qoymayıb, amma Silverstounda vəziyyət dəyişə bilər – iki həftədən sonra stabil işlənmiş qaz axınına məhdudiyyət qoyulacaq…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 02 1:39.116 01 1:37.305 1:36.975
02 M.Uebber Red Bull Renault 16 1:39.956 05 1:38.058 1:37.163 + 0.188
03 L.Həmilton McLaren Mercedes 04 1:39.244 02 1:37.727 1:37.380 + 0.405
04 F.Alonso Ferrari Ferrari 13 1:39.725 04 1:37.930 1:37.454 + 0.479
05 F.Massa Ferrari Ferrari 01 1:38.413 08 1:38.566 1:37.535 + 0.560
06 C.Batton McLaren Mercedes 07 1:39.453 03 1:37.749 1:37.645 + 0.670
07 N.Rosberq Mercedes GP Mercedes 05 1:39.266 07 1:38.373 1:38.231 + 1.256
08 M.Şumaher Mercedes GP Mercedes 03 1:39.198 06 1:38.365 1:38.240 + 1.265
09 N.Haydfeld Lotus Renault GP Renault 15 1:39.877 09 1:38.781
10 A.Sutil Force İndia Mercedes 06 1:39.329 10 1:39.034
11 V.Petrov Lotus Renault GP Renault 12 1:39.690 11 1:39.068
12 P.di Resta Force İndia Mercedes 14 1:39.852 12 1:39.422
13 R.Barrikello Williams Cosworth 09 1:39.602 13 1:39.489
14 K.Kobayaşi Sauber Ferrari 17 1:40.131 14 1:39.525
15 P.Maldonado Williams Cosworth 11 1:39.690 15 1:39.645
16 S.Peres Sauber Ferrari 08 1:39.494 16 1:39.657
17 S.Buemi Toro Rosso Ferrari 10 1:39.679 17 1:39.711
18 X.Algersuari Toro Rosso Ferrari 18 1:40.232
19 H.Kovalaynen Team Lotus Renault 19 1:41.664
20 Y.Trulli Team Lotus Renault 20 1:42.234
21 T.Qlok Marussia Virgin Cosworth 21 1:42.553
22 V.Liutsi Hispania Cosworth 22 1:43.584
23 J.D’Ambrozio Marussia Virgin Cosworth 23 1:43.735
24 N.Kartikeyan Hispania Cosworth 24 1:44.363

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*