R.Kubitsa hospitalı tərk etməyə hazırlaşır

Robert Kubitsanın qəzaya uğramasından 75 gün keçib. Bütün bu müddət ərzində polşalı sürücü əməliyyat olunduğu hospitalda müalicə alıb. Nəhayət, Kanada […]

Robert Kubitsanın qəzaya uğramasından 75 gün keçib. Bütün bu müddət ərzində polşalı sürücü əməliyyat olunduğu hospitalda müalicə alıb. Nəhayət, Kanada Qran Prisinin qalibinin hospitalı tərk etməsinə az qalıb. Jurnalistlərin əldə etdikləri məlumata görə, Robert bu ayın sonunda evə qayıda bilər.

Polşanın PAP agentliyi xəbər verir ki, həkimlər bütün əməliyatların uğurlu olmasında qəti əmindirlər, infeksiya baş verməyib. TVN24 telekanalı isə tamaşaçılara bildirib ki, Robert evə qayıtdığı günü də konkret müəyyən edib.

Hospitalın nümayəndəsi də təsdiq edib ki, sürücü aprelin sonuna qədər evə buraxılacaq. Kubitsa yalnız kənardan kömək olunmaqla ayağa qalxa və gəzə bilir, ona görə də bərpa prosesi hələ tam başa çatmayıb və polşalı sürücü yaxın aylar ərzində hələ həkimlərlə görüşməli olacaq.

Eyni zamanda Lotus Renault GP komandasının sahibi Jerar Lopes bildirib ki, Robertin Formula1-də karyerasını davam etdirməyin mümkünlüyü barədə danışmaq hələ tezdir, “indi bütün diqqətimizi əsas məsələyə – onun sağalmasına yönəltməliyik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*