07 Dekabr 2019, Şənbə - 20:27

Avropa Qran Prisi: Pirelli – Medium və Soft

Avropa Qran Prisi: Pirelli – Medium və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:48 - 21 İyun, 2012

Pirelli şirkəti Valensiyaya Medium və Soft tərkiblərini gətirəcək – bu il eyni cütlükdən artıq Melburn, Çin və Bəhreyndə istifadə olunub. […]

Pirelli şirkəti Valensiyaya Medium və Soft tərkiblərini gətirəcək – bu il eyni cütlükdən artıq Melburn, Çin və Bəhreyndə istifadə olunub. Uik-end başlamamış şirkət ümd edir ki, yarışda 2 və ya 3 pit-stop ediləcək, amma başqa variantları da istisna etmir…

Pol Hembri, Pirelli Motorsport: “Valensiya trası arxada qalmış çəhər avtodromlarından fərqlənir – trasın konfiqurasiyası daha sürətlidir və hava da daha sürətlidir, bunlar isə təkərə yüklənməni artırır. Bu faktorları və ötmələrdə çətinlikləri nəzərə alsaq, qarşıdakı uik-end çox şey sıralanma turundan asılı olacaq. Biz 2 və ya 3 pit-stoplu sadə yarış gözləyirik, hərçənd keçən il komandalardan biri yarışı bir pit-stopla keçirməyə cəhd etmişdi.

Hava proqnozu çox isti hava vəd edir, temperatur stabil olacaq, ona görə də biz ciddi sürpriz gözləmirik. Bu il biz Medium və Soft cütlüyündən daha çox itsifadə etmişik – bu cütlük effektivlik və uzun məsafə arasında yaxşı kompromis təmin etməklə, sürücülərə maşının maksimum potensialından istifadə etməyə imkan verir.”


Avropa Qran Prisi: Pirelli – Medium və Soft

Avropa Qran Prisi: Pirelli – Medium və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:11 - 23 İyun, 2011

Valensiyada Pirelli şirkəti mövsümdə ilk dəfə olaraq komandalara Soft və Medium cütlüyünü təqdim edəcəklər. Soft tərkibi ilə komandalar bütün yarışlarda […]

Valensiyada Pirelli şirkəti mövsümdə ilk dəfə olaraq komandalara Soft və Medium cütlüyünü təqdim edəcəklər. Soft tərkibi ilə komandalar bütün yarışlarda çıxış etdikləri üçün yaxşı tanışdılar, mövsümdə debüt edəcək Medium tərkibini isə sürücülər Kanadada cümə sərbəst yürüşlərində yoxlamışdılar. Medium və Soft tərkiblərinin xarakteristikaları oxşardır, ona görə də sürət və effektlik fərqi az olmalıdır…

Pol Hembri: “Bu il biz küçə yarışlarının çox maraqlı keçməsini görmüşük, sonuncu Kanada yarışı isə mövsümün ən baxımlı yarışı ola bilər. Biz ümid edirik ki, Valensiya xoş ənənəni davam etdirəcək, hərçənd, hamı bilir ki, bu trasda ötmək çox çətindir.

Çox güman ki, təkərin yeyilməsi trasın xüsusiyyətləri, asfaltın xarakteristikası və isti hava üzündən yüksək olacaq – ona görə də biz Medium və Soft tərkiblərini seçmişik ki, komandaların strategiya seçimləri müxtəlif olsun. Biz hesab edirik ki, tərkiblər arasında fərq dövrədə təxminən bir saniyə olacaq.

Ağ rəngli Medium tərkibinin resursu artırılıb, komandalar Kanadada sərbəst yürüşlərdə bu tərkiblə tanış olublar və faydalı məlumat toplayıblar.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 421
Teqlər
Paylaş

logo