Avropa Komissiyası News Corp-un işi ilə məşğul ola bilər

Britaniyalı vəkil Pol Stoun antiinhisar tənzimləməsi sahəsində ixtisaslaşıb və o hesab edir ki, Formula1-in Rupert Merdokun News Corporation media impersiyasının […]

Britaniyalı vəkil Pol Stoun antiinhisar tənzimləməsi sahəsində ixtisaslaşıb və o hesab edir ki, Formula1-in Rupert Merdokun News Corporation media impersiyasının nəzarəti altına keçməsi narahatlıq doğurur, çünki bu məsələdə maraqların konflikti sezilir.

Pol Stounun sözlərinə görə, “News Corporation korporasiyasının Formula1-i almağa çalışması antiinhisar qanunvericiliyini tənzimləyən rəsmi strukturlar tərəfindən təftişə səbəb ola bilər, çünki Merdokun korporasiyasının Sky telekanalında payı var.

Narahatlığın daha bir səbəbi ondadır ki, News Corporation yayımın keçirilməsinə də nzəarəti ələ keçirəcək və beləliklə, Sky telekamalı üstünlük qazanacaq.”

News Corp rəsmən İtaliyanın Exor sərmayə fondu ilə konsorsium yaratdığını elan edib, amma hələlik Formula1-i almağa rəsmi cəhd etməyib.

Məntiqə görə, əgər korporasiya bu layihəni uğurla sona çatdıra bilsə, onda Merdokun imperiyasına daxil olan telekanllar həqiqətən dünya çempionatın yayımında müəyyən üstünlüklər qazana bilərlər.

Pol Stoun hesab edir ki, Avrop Komissiyası News Corp-u təftiş etməlidir, çünki Formula1 qlobal miqyasda 5 milyard Avro gəlir gətirir və bunun yalnız 250 milyon Avrosu Avropanın payına düşür…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*