S.Peres: Vahid dövrədə güclənməliyik

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, vahid dövrə üzərində işləməlidirlər.

F-1.az xatırladır ki, meksikalı sürücü Saxirdəki cümə sərbəst yürüşlərində əvvəl birinci, sonra isə üçüncü olaraq, yaxşı performans göstərib.

Serxio Peres: “Tras şəraiti testlərdəkinə bənzəsə də, indi isitilik səhərdən günortaya doğru dəyişir. Buna görə də əsas sessiya ikinci idi.

Vahid dövrə üzərində işləməliyik. Belə olsa, yarış üçün də üstünlük qazana bilərik. Cümə günü bolidi daha çox kəşf etdik. Şənbə günü nə edəcəyimizi bilirik.

Bizi maraqlı mübarizə gözləyir. Aston Martin və Ferrari güclüdür. Sıralanma turunda ən yaxşı dövrəni atan və bazar günü tempi yaxşı olan komanda qalib gələcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*