F-1.az xəbər verir ki, Red Bull Racing-in testlərdəki inamlı çıxışı bukmeykerlərdə Maks Ferstappenin yeni mövsümə qələbə ilə başlayacağına inam yaradıb. Onlar Şarl Lekleri niderlandlıya əsas rəqib hesab edirlər. Reytinqdə üçüncü yerdə isə Lyuis Həmilton qərarlaşıb.
| Bəhreyn Qran Prisində qələbə | Əmsal |
| Maks Ferstappen | 2.25 |
| Şarl Lekler | 3.50 |
| Lyuis Həmilton | 6.00 |
| Karlos Sayns | 9.50 |
| Corc Rassell | 11.00 |
| Serxio Peres | 19.00 |
| Fernando Alonso | 29.00 |
Maks çempionluq mərclərində də liderdir. Onun şansları ən yaxın izləyicilərindən 2 dəfədən çox qiymətləndirirlir. Lyuis titula ən güclü ikinci namizəd kimi göstərilir, lakin Şarl da onunla demək olar ki, eyni dərəcədə qiymətləndirilib…
| Çempionatda qələbə (sürücülər) | Əmsal |
| Maks Ferstappen | 1.73 |
| Lyuis Həmilton | 4.50 |
| Şarl Lekler | 5.00 |
| Corc Rassell | 9.00 |
| Karlos Sayns | 21.00 |
Təbii ki, Mühəndislər Kubokunun ən real namizədi də ötən ilin çempionu Red Bull-dur. Bukmeykerlərin fikrincə, onların ən yaxın rəqibləri Mercedes olacaq. Ferrari üçüncü komanda kimi göstərilir…
| Çempionatda qələbə (komandalar) | Əmsal |
| Red Bull | 1.95 |
| Mercedes AMG | 2.70 |
| Scuderia Ferrari | 4.33 |
| Aston Martin | 126.00 |
| McLaren, Alpine | 151.00 |
| Alfa Romeo, AlphaTauri | 751.00 |
| Haas | 1501.00 |
| Williams | 2001.00 |





