19 Sentyabr 2019, Cümə axşamı - 14:58

Cosworth Formula1-ə qayıdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:47 - 17 İyun, 2009

Cosworth motorları Formula1-ə qayıdır. Bu gün dərc ounmuş gələn ilin iştirakçıları siyahısında ən azı üş komanda – USF1, Campos və […]

Cosworth motorları Formula1-ə qayıdır. Bu gün dərc ounmuş gələn ilin iştirakçıları siyahısında ən azı üş komanda – USF1, Campos və Manor Formula 1 ərizələrində bu motorlardan istifadə edəcəklərini bildiriblər. Şirkət komandaları ucuz vahid motorlarla təchiz edəcək…

Tim Rautsis, Cosworth-un icraçı direktoru: «Mən şadam ki, şirkətin yaradıcı və texniki qabiliyyətlərinin istisna vəhdəti Formula1-in qərarlarını həyata keçirməyə imkan verir, yeni qərarlar bizim kosmik və müdafiə sənayelərindəki işimizlə uyğun gəlir. Biz yalnız komandaları motorlarla təchiz etməklə kifayətlənməyəcəyik, həqiqətən müstəqil motor təchizatçısı kimi Formula1-lə əməkdaşlığımızı uzadacayıq.

Bu idmanda dörd onillik ərzində toplanmış təcrübə və texniki yeniliklər öz fəaliyyət dairəmizi biznesin digər yüksək texnoloji sahələrinə doğru genişlətməyə imkan verib. Bu gün biz kosmik, mdüfiə, energetika, dəniz və avtomobil sənayelərində çalışırıq. Formula1-i Cosworth motorları ilə təchiz etmək üçün zəruri infrastrukturumuz da var.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 249
Teqlər
Paylaş

logo