Rəsmən: Bütün komandalar Razılıq müqaviləsini imzalayıblar

Formula1 rəhbərliyi 10 komandanın da Razılıq Müqaviləsini imzaladığını bəyan edib.

F-1.az bildirir ki, Haas və Mercedes-in idmandakı gələcəyi müəmmalı idi. Amma bu gün bütün komandalar 2021-2025-ci illəri əhatə edən Razılıq Müqaviləsini imzalayıblar.

Son bir ildə komandalar, Formula1 rəhbərliyi və FİA bu mövzuda gərgin müzakirələr aparırdılar. Bu müzakirələrdən sonra Liberty Media gəlirlərin ədalətli paylanması üçün əlindən gələni etdi və 145 milyon dollarlıq büdcə limitini idmana gətirdi.

Çeyz Keri: “Azarkeşlərimiz təkər-təkərə mübarizəli yarışlar istəyirlər. Bütün komandaların podium şansları olmasını arzulayırlar. Yeni müqavilə və 2022-ci ildəki idman reqlamenti ilə bunları reallaşdırmağa çalışacağıq. Bundan başqa maliyyə cəhətdən ədalətli ortam hazırlayıb, komandaların arasındakı fərqi azaldacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*