K.Sayns gələcəyə ümid edir

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, İspaniyaya gətirdikləri yeniliklərdən sonra daha güclü olacaqlar.

F-1.az xatırladır ki, italyan təmsilçisi ilk 4 yarışından sonra turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.

Karlos Sayns: “Geridə qalan yarışlarda tempimiz yaxşı idi, amma bəxtimiz gətirmədiyi üçün istədiyimiz nəticələri ala bilmədik. Lakin Mühəndislər Kubokundakı 6-cılıq pis nəticə deyil. Williams bizdən çox sürətlidir, amma digər komandalar bir-birilərinə çox yaxındırlar. Məqsədimiz bu qrupu qabaqlamaqdır. 2015-ci və 2016-cı illərdə döngələrdə çox sürətli idik. Bu il döngələrdə sürətimiz zəif olsa da, digər sahələrdə çox inkişaf etmişik. Bəzən Red Bull və Ferrari-dən də sürətli oluruq. Bolidin böyük potensialı var. Yaxşı yeniliklər gətirsək, yüksək nəticələr əldə edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*