F.Tost Sauber-in qərarına təəccüblənib

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, Sauber-in gələn il Ferrari-nin köhnə mühərriyindən istifadə etmə qərarı onu təəccübləndirib.

F-1.az xatırladır ki, Sauber komandası mövsümün əvvəlində maliyyə problemləri yaşamış və yay tətilinə qədər heç bir yenilik etməmişdi.

Amma isveçrəlilər verdikləri açıqlamada 2017-ci ildə Ferrari-nin 2016-cı il mühərriyindən istifadə edəcəklərini və bunun səbəbinin maliyyə problemləri olmadığını demişdilər.

Xatırladaq ki, Toro Rosso komandası da bu mövsüm Ferrari-nin 2015-ci il mühərriyindən istifadə edir.

Frants Tost: “Sauber-in bu qərarı niyə verdiyini bilmirəm. Onlar mövsüm ərzində çətinlik çəkəcəklər. Onlar mühərrikdə yeniliklər edə bilməyəcəklər. Əsl problem bu olacaq. Performans cəhətdən rəqiblərindən geri qalacaqlar. Ən azından yenilik etməklərinə icazə verilməlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*