17 Dekabr 2018, Bazar ertəsi - 09:39

Mövsümöncəsi testlərin qrafiki

Mövsümöncəsi testlərin qrafiki

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:18 - 02 Yanvar, 2011

Gələn il fevralın 1-dən mövsümöncəsi test proqramı start alacaq. 2010-cu ildə olduğu kimi, komandalar 15 gündən ibarət dörd test seriyası […]

Gələn il fevralın 1-dən mövsümöncəsi test proqramı start alacaq. 2010-cu ildə olduğu kimi, komandalar 15 gündən ibarət dörd test seriyası keçirəcəklər – ilk üç seriya İspaniyada keçəcək, martın əvvəlində isə çempionat iştirakçıları Bəhreynə yollanacaqlar – burada isə testlərin final seriyası və mövsümün ilk Qran Prisi keçiriləcək.

2010-cu ildə də testlər fevralın 1-də başlamışdı, Valensiyadakı ilk üçgünlük sessiyaya cəmi 7 komanda gəlmişdi – Ferrari, McLaren, Mercedes GP, Renault, Williams, Sauber və Toro Rosso. Gələn ilin fevralında isə iştirakçıların sayı çox olacaq, çünki yeni Pirelli təkərlərinə keçidlə və KERS-in qayıtması ilə əlaqədar olaraq, bütün komandalar maksimum məsafə qət etməyə çalışacaqlar.

Hamıdan əvvəl isə testlərə təkər istehsalçıları başlayacaqlar – Pirelli təkərlərinin növbəti test sessiyası Bəhreyndə yanvarın 9-da başlayacaq, bir həftə sonra isə şirkətin mühəndisləri Abu Dabidə son mövsümöncəsi sınaqlarını keçirəcəklər – tam formalaşmış tərkibləri komandalar fevral testlərində yoxlayacaqlar.

Mövsümöncəsi testlərin qrafiki:
1. Valensiya – 1-3 fevral
2. Xeres – 10-13 fevral
3. Barselona – 18-21 fevral
4. Bəhreyn – 3-6 mart


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 179
Teqlər
Paylaş

logo