25 Avqust 2019, Bazar - 02:15

ABŞ Qran Prisinin növbəti hüquqi problemləri

ABŞ Qran Prisinin növbəti hüquqi problemləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:00 - 25 İyun, 2011

Amerikada məhkəmələrdə çəkişməyi sevirlər, kifayətdir ki, səbəb olsun. Ölkədə dərc olunan Examiner bu gün yazıb ki, Ostində ABŞ Qran Prisinin […]

Amerikada məhkəmələrdə çəkişməyi sevirlər, kifayətdir ki, səbəb olsun. Ölkədə dərc olunan Examiner bu gün yazıb ki, Ostində ABŞ Qran Prisinin təşkilatçıları növbəti hüquqi problemlərlə üzləşiblər.

Söhbət Texas ştatının hökuməti tərəfindən ayrılan 25 milyon dollarlıq ilik maliyyə yardımından gedir. Bu yardımın alınması üçün əvvəlcə Ostin şəhər bələdiyyəsinin dəstəyini qazanmaq lazım idi, indi isə sıravi vergi ödəyiciləri yardımın ayrılmasına narazılıqlarını bildiriblər.

Məhkəmədə üç iddia qaldırılıb, ayrılan yardımın qanuniliyi şübhə altına salınıb, hərçənd, bütün sənədlər qaydasındadır – təşkilatçılar açılacaq işçi yerlərinin sayı, gələcək turistlərin sayı da göstərilməklə geniş biznes plan təqdim ediblər.

Məhkəmə prosesləri adətən uzun müddət tələb edir, bu isə milli Qran Prinin təşkilinə təsir edə bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 347
Teqlər
Paylaş

logo