24 May 2019, Cümə - 04:15

Rəsmən: S.Burde Toro Rosso-da qalır

Rəsmən: S.Burde Toro Rosso-da qalır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:38 - 06 Fevral, 2009

Bu gün Toro Rosso komandası rəsmən təsdiq edib ki, Sebastyen Burde 2009-cu il mövsümündə də komandanın heyətində çıxış edəcək. Keçənilki […]

Bu gün Toro Rosso komandası rəsmən təsdiq edib ki, Sebastyen Burde 2009-cu il mövsümündə də komandanın heyətində çıxış edəcək. Keçənilki mövsümdən sonra bir çoxları güman edirdilər ki, Burdenin Formula1 karyerası demək olar ki, başlamamış qurtaracaq, çünki hazırkı vəziyyətdə Toro Rosso-ya sponsor dəstəyinə malik olan sürücü lazım idi. Amma buna baxmayaraq müqavilə artıq imzalanıb və gələn həftə Sebastyen Xeres testlərində işinə başlayacaq…

Sebastyen Burde: “Qış uzun və üzücü oldu, amma artıq intizar arxada qalıb. Mən çox şadam ki, ikinci mövsüm Toro Rosso-da qala bildim. Mən Red Bull-a və Diter Mateşiçə təşəkkür etmək istəyirəm ki, mənə keçən ilin ən güclü inkişafa malik olan komandada işimi davam etdirmək imkanı veriblər.

İndi mən bütün diqqətimi yeni mövsümə hazırlığa yönəldə bilərəm. Yeni mövsüm maraqlı olacaq, çünki qaydalar dəyişib, reqlament dəyişib. Mən inanıram ki, yeni komanda yoldaşımla, adaşımla, Sebastyen Buemi ilə münasibətlərim də yaxşı olacaq və bunun sayəsində biz komandanın uğurları naminə maksimum effektiv işləyə biləcəyik.”

Frans Tost: “Biz şadıq ki, Sebastyen bizimlə daha bir mövsüm qalacaq, keçən mövsüm o çox böyük təcrübə əldə etdi və biz gözləyirik ki, bu mövsüm o təcrübəsindən istifadə edəcək. O artıq Formula1-in atmosferi ilə tanışdır, o komanda və trasları tanıyır. Bundan əlavə yeni sliklər onun sürmə stilinə də uyğun gəlməlidir.”

Beləliklə, Sebastyen Burde Formula1 komandalarında qalmış son vakansiyanı tutub, amma Honda Racing komandasının məsələsi hələ açıq qalır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 217
Teqlər
Paylaş

logo