M.Brandl: Lənsə hörmətim artdı

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Ləns Strolla hörməti artıb.

F-1.az xatırladır ki, kanadalı sürücü mövsümün başlamasına 12 gün qalmış velosiped qəzası keçirmiş və qolu qırılmışdı. 24 yaşlı pilot buna görə əməliyyat olunmuşdu. Buna baxmayaraq, Ləns əməliyyatdan 12 gün sonra Bəhreyn Qran-prisinə qatılmış və yarışı 6-cı yerdə bitirmişdi.

Martin Brandl: “Lənsin göstərdiyi performans və bir Mercedes-i qabaqlaması inanılmaz idi. Əvvəlki nəticələri barədə pis danışmaq istəmirəm, amma mövsümün əvvəloində biləyini və ayaq barmağını qırdıqdan sonra bolidi sürmək istəməsi məni ona heyran etdi. Bunu görməyi həmişə istəmişəm.

Corc Rasselli qabaqladıqdan sonra düşündüm ki, fiziki cəhətdən zəifləyəcək, amma elə olmadı və altıncı yeri qorudu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*