Yaponiya-2017: Yarışa hava proqnozu

Suzukada cümə günü yağış yağıb. Şənbə günü hava quru olsa da, soyuq olub. Proqnozlar bu gün də yağış vəd etmir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər yerli vaxtla 14:00-da qızdırma dövrəsinə yollanacaqlar. Həmin vaxt hava dəyişkən buludlu, temperatur +26 dərəcə olacaq. Zəif cənub-şərq küləyi əsəcək. Yağıntı ehtimalı olduqca azdır – 5%.

Xatırladaq ki, keçən il Suzukada 3-cü məşqlər qurumaqda olan trasda, digər sessiyalar isə tam quru trasda baş tutmuşdular…

, ,