S.Ərəbistanı-2022: Həftəsonuna hava proqnozu

Mövsümün ikinci yarışı üçün gələn proqnozlar həftəsonuna isti və quru hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə və şənbə günlərində güclü külək əsəcək, termometrlər maksimum +29 dərəcəni göstərəcək. Bazar günü isə külək səngiyəcək və hava +33 dərəcəyə qədər qızacaq.

İkinci sərbəst yürüşlər, sıralanma turu və yarış gün batımından sonra başlayacaq və bu saatlarda hava gündüzə nisbətən bir neçə dərəcə sərin olacaq.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*