A.Puiq: Yaponlar mühafizəkar davranmamalıdır

Honda komandasının rəhbəri Alberto Puiq bildirib ki, zəif motosiletin performansını yüksəltmək üçün iki ay bəs etməyə bilər.

F-1.az xatırladır ki, Honda motosikletləri mövsümün ilk yarısında zəif performans göstəriblər. Yaponiyalı istehsalçının sürücüləri tez-tez qəza edir və zədələnirlər.

İyun ayında Xoan Mir və Aleks Rins zədə ucbatından yarışa bilmədilər. Mark Markes isə zədələndiyi üçün həm Almaniyada, həm də Niderlandda əsas yarışa qatıla bilmədi.

Alberto Puiq: “Xəstəxanada yatan üç sürücümüz və son vaxtlar qarşılaşdığımız problemləri nəzə alsaq, Honda-nı bu il canlandırmaq çətin olacaq. Sınamağımıza baxmayaraq, problemlərə həll yolu tapmadıq. Vəziyyət heç də yaxşı deyil, amma əsas hədəf bu problemlərdən qurtulmaqdır.

Çox geridəyik və bunu iki ay ərzində düzəltmək asan olmayacaq. Sınamasanız, bilməzsiniz. Amma iki ay ərzində yüksək performanslı motosikletə sahib olacağımızı düşünmək çox pozitivcəsinə olar.

Avropalı markalar son illərdə motosikleti təkmilləşdirmədə çox aqressiv davrandılar və riskə getdilər. Yaponlar bu mövzularda daha mühafizəkardırlar. Ancaq hazırkı nəticələrə baxsaq, onlar bu yanaşmanı dəyişdirməli və artıq əvvəlkindən reaktiv olmalıdırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*