Qətər testləri: 2-ci gün – M.Vinyales birinci olub

Suzuki komandasının sürücüsü Maverik Vinyales Qətər testlərinin ikinci günündə birinci yeri tutub...

F-1.az xəbər verir ki, Maverik Vinyales Qətər testlərinin ikinci günündə Lorensonun nəticəsini yaxşılaşdırıb və 1:55.436 zaman nəticəsi ilə birinci yeri tutub.

Vinyales bu gün Suzuki-nin yeni pilləsiz ötürmə artırma sistemini istifadə edib. Vinyalesin komanda yoldaşı Esparqaro isə aralıqsız ötürmə azaltma sistemini istifadə edib və testlərdə 10-cu yeri tutub.

Ducati komandasından Andrea Yannone testləri ikinci yerdə bitirib. İtalyan sürücü Vinyalesdən 0.072 saniyə geridə qalıb. Yannone bu gün qəza ilə də yadda qalıb.

Qətər testlərinin ilk günündə 1:55.452 zaman dərəcəsi ilə birinci yeri tutan Lorenso, ikinci gün 1.55.535 zaman nəticəsi göstərib və 3-cü yeri tutub.

Pramac Ducati komandasının sürücüsü Skot Reddin testləri 4-cü yerdə başa vurub və peyk komandalar arasında ən yaxşı nəticəni əldə edib. Hektor Barbera isə 5-ci pilləni tutub.

Ducati komandasının digər sürücüsü Andrea Dovisyoso testləri 6-cı yerdə başa vurub. Repsol Honda komandasından Dani Pedroda isə 7-ci pillədə qərarlaşıb.

Yamaha komandasının əfsanəvi sürücüsü Valentino Rossi Vinyalesdən yarım saniyə geridə qalıb və səkkizinci olub. Mark Markes italyan sürücüdən 0.1 saniyə geridə qalıb.

Mark Markes testlərin ikinci günündə qəza edib. İspaniyalı sürücü atdığl dördüncü dövrənin ilk döngəsində yıxılıb. Markes qəzadan yara almayıb və 30 dəqiqə sonra yenidən trasa qayıdıb. Onun atdığı ən sürətli dövrə Vinyalesin nəticəsindən 0.6 saniyə geridə qalıb və 9-cu pilləni tutub.

Pramac Ducati komandasında Danilo Petruççinin əvəzinə trasa çıxan Mişel Pirro və Tech 3 Yamaha komandasının sürücüsü Pol Esparqaro testlərin ikinci günündə qəza ediblər…

, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*