M.Markes: Ducati güclüdür

Honda komandasının sürücüsü Mark Markes bildirib ki, Ducati-dən çox geridədirlər.

F-1.az xatırladır ki, Ducati qış testlərinin hər günündə sürətli olduğu halda, Honda və Markes problemlərlə boğuşub.

Mark Markes: “Hazırda Ducati ən yaxşı paketə sahibdir. Ducati sürən bütün sürücülər sürətlidirlər. Xüsusən də Pekko onlar arasında ən sürətlisidir. Yəni ki, onlardan uzaqdayıq, amma Banyayadan lap çox geridə qalırıq.

Bu il güclü olmaq üçün motosiklet üzərində işləməyə davam edirik və bazada problemlər üzrəində işləyirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*