Rəsmən: Xoan Mir Assendə yoxdur

Mucelloda əlini qırdıqdan sonra son iki yarışda iştirak etməyən Xoan Mir-ə növbəti pis xəbər gəlib. 2020-ci ilin Dünya Çempionu Assendəki yarışı da buraxmalı olacaq..

F-1.az xatırladır ki, ispaniyalı sürücü Mucelloda ikinci sərbəst yürüşlərdə qəza edərək, sağ əlinin çeçələ barmağını sındırmışdı. Buna görə də İtaliya yarışından çəkilmişdi. Lakin gənc sürücü Almaniya Qran Prisində də iştirak etməmişdi. Onun Assendə qayıdıb-qayıtmayacağı müəmmalı idi.

Honda komandası bu barədə hələ heç bir rəsmi bəyanat yayamasa da, MotogP-nin iştirakçı ərizəsindən Mirin adı yoxdur. Mirin yerinə isə siyahıda İker Lekuonanın adı qeyd olunub.

Qeyd edək ki, İker 2021-ci ildə Tech3 KTM ilə MotoGP-də yarı.əb və daha sonra WSBK seriyasında Honda-nın şərəfini qoruyub. Bu il isə o, İspaniya Qran Prisində Mark MArkesi əvəz edib.

Xoan Mir isə Honda ilə çətin günlər keçirməkdədir. Gənc sürücü bu il Assenda da yarışmasa, 8 yarışdan 4-ü qaçırmış olacaq. İndiyə kimi dörd yarışa çıxmış ispaniyalı sürücü cəmi 5 xal toplayıb və 24-cü yerdədir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*