M.Markes: Kaleks şassi həll yolu deyil

Honda komandasının sürücüsü Mark Markes bildirib ki, kaleks şassi fərq yaratsa da, həll yolu deyil.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ayyarımdan sonra sükan arxasına qayıtsa da, qənaətbəxş performans göstərib. Sıralanma turunda ilk cərgəni tutan altıqat Dünya Çempionu əsas yarışda podium uğrunda mübarizə aparıb.

Markes Fransada Honda-nın yeni kaleks şassini ilk dəfə sınayıb və ilkin təəssüratları pozitiv olub.

Mark Markes: “Əlbəttə, şassi kiçik fərq yaradır, amma həll yolu deyil. Mir onsuz da bu şassidən istifadə edirdi və o, Dünya Çempionudur. Çox çətinlik çəkdiyini gördük. Arxada idi və yenə qəza etdi. Buna görə də gələcəkdə təhlükəsiz və rəqabətədavamlı olmaq üçün bəzi şeyləri dəyişməliyik, çünki Honda sürücüləri qəza statistikasında hər il zirvədə olurlar.

Sadəcə mən yox, Mir də 3-4 dəfə qəza etdi. Burada da 3 dəfə… İnkişaf etmək üçün çox işləməliyik”.

Qeyd edək ki, Mark Markes bu il çıxdığı iki yarışda da qəza edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*