M.Markes rəqibindən üzr istəyib

Repsol Honda komandasının sürücüsü Mark Markes Assendəki sıralanma turunda Enea Bastyaniniyə arxadan çırpıldığı üçün üzr istəyib.

F-1.az xatırladır ki, son dövrlərdə çətin günlər yaşayan Mark Markesin başı Assendə də bəladan qurtulmayıb. Belə ki, Enea Bastyanini sıralanma turunda sürətli dövrə vurarkən ilk sektorda səhv edib və yavaşlayıb. Buna görə də yarış trayektoriyasından kənara çəkilib. Bu zaman Markes də xarici trayektoriyada idi və arxaya baxdığı üçün italiyalı sürücünü görə bilmədi. Nəticədə ispaniyalı sürücü rəqibinə arxadan çırpılıb.

Buna görə də Bastyanini yarışa 18-ci yerdən başlayacaq. MArk Markes isə zədələrə görə Niderlanddakı yarışı buraxmalı olacaq.

Mark Markes: “Yol hərəkəti qaydalarında da həmişə arxadan çırpılan sürücü günahkardır. Bu halla minlərlə dəfə qarşılaşdım. Amma bu dəfə arxadakı sürücüləri ləngitməmək üçün geriyə baxırdım. Buna görə eneanı görmədim”.

Qeyd edək ki, Mark Markes bu mövsüm ikinci dəfə rəqibinə arxadan çırpılır. O, mövsümün ilk yarışı Portuqaliyada Migel Oliveyraya arxadan çırpılmış və rəqibini zədələmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*