M.Markes: Honda-nı sürmək həmişə çətin olub

Honda komandasının sürücüsü Mark Markes bildirib ki, son illəri düşünmək böyük səhv olar.

F-1.az xatırladır ki, Honda komandası 2019-cu ildən sonra çətin dövrlər yaşayır və son üç mövsümün ikisində qələbə qazana bilməyib. Buna görə də əksəriyyət düşünür ki, Mark Markes oranı tərk edəcək.

Mark Markes: “Geriyə baxanda görürəm ki, 2013-cü ildən 2020-ci ilə qədər altı dəfə Dünya Çempionu olmuşam. Sonra zədələmdim və demək olar ki, iki il yarışmadım. Fiziki cəhətdən trasda olsam da, istədiyim kimi sürə bilmirdim və Honda buna görə problemlər yaşadı.

Honda-nı sürmək həmişə çətin olub. 2018-2019-cu illərdə çoxlu yarışlar qazansam da, komanda yoldaşlarım məndən geri qalırdılar.

Ümid edirəm ki, bu il daha çox sürücünü öndə görərik. Əslində problem yoxdur. Xoan Mir və Aleks Rinz buradadırlar. Onlar çox güclü sürücülərdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*