P.Esparqaro: Honda-da çökmüşdüm

Honda komandasının sabiq sürücüsü Pol Esparqaro bildirib ki, Honda-da keçirdiyi iki il karyerasındakı ən çətin dövrlər olub.

F-1.az xatırladır ki, Pol 2021-ci ildə Repsol Honda komandasına transfer olunsa da, işlər istədiyi kimi getməyib və 2022-ci ilin sonunda oradan ayrılıb.

Pol Esparqaro: “Bu iki il karyeramın əm çətin dövrü oldu, çünki Honda-da pis nəticə qazanmaq pisdir. Adi komandada pis nəticə almaqla eyni şey deyil.

Düzünü desəm, bu mənim şəxsi həyatıma da təsir etdi. Evdə iki yaşlı iki qızım var və bu nəticələrdən sonra onlarla vaxt keçirmək çətin idi.

Ümid edirəm ki, növbəti mövsümlərdə yaxşı hadisələr baş verər və mən də ailəmlə vaxr keçirməkdən həzz alaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*