A.Markes: Yeni komandamda xoşbəxtəm

Gresini Ducati komandasının sürücüsü Aleks Markes bildirib ki, yeni komandasında xoşbəxtdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü LCR Honda komandasından Gresini Ducati-yə keçib və qış testlərində yenu motosikletini sürüb.

Aleks Markes: “Çox pozitiv test idi. İlk dövrədən etibarən özümü evimdəki kimi hiss etdim. Sürətliyik və bu çox vacibdir. Bütün gün ərzində motosikletə öyrəşməyə çalışdım.

Önümüzdə uzun qış ayları var. Motosikletin potensialını öyrənmək üçüb daha 1 günə ehtiyacım var. Potensialımız var. Amma sıralanma tempində istədiyimi ala bilmirəm. Liderə sadəcə 0.6 saniyə uduzuram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*