A.Markes: Motosiklet sürməyi unutmuşdum

Gresini komandasının sürücüsü Aleks Markes bildirib ki, Honda-da motosiklet sürməyi unudubmuş.

F-1.az xatırladır ki, gənc sürücü MotoGP karyerasına 2020-ci ildə Repsol Honda ilə başlamış, lakin burada gözlənilən performansı göstərə bilmədiyi üçün 2021-ci ildə LCR Honda-ya göndərilmişdi. Lakin 26 yaşlı sürücü burada da gözləntiləri qarşılaya bilməmişdi.

Bu il Gesini Ducati ilə yeni macəraya atılan Markes bildirib ki, Honda-da motor sürməyi unudub: “Bəzi işarələr olsa da, heç vaxt sürətli olacağıma şübhə etmədim. Bəzi anlarda motosiklet sürməyi unutduğumu düşündüm. Doğrudan da çətin anlar idi, amma bu çətin anlar məni gələcəkdə daha güclü və daha yaxşı sürücü edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*