A.Markes: Ducati-yə öyrəşməliyəm

Gresini Ducati komandasının sürücüsü Aleks Markes bildirib ki, gələnilki hədəflər barədə danışmaq üçün çox tezdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn il Gresini komandası ilə debüt edəcək. O, karyerasında ilk dəfə Ducati sürəcək.

Aleks Markes: “Gələn il üçün bir söz demək hələ tezdir. Çempionluq uğrunda mübarizə aparacağımı deyə bilmərəm. Qışda Portimaoda yaxşı başlamaq üçün sağlam bünövrəmiz olmalıdır.

2022-ci ilin motosikletini sürəcəyik. Buna görə də çox şeyi sınaqdan keçirməliyik. Motosikletə güvənməli və potensialımızı görməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*