A.Markes: İnsanların düşüncələri vacib deyil

Gresini komandasının sürücüsü Aleks Markes bildirib ki, tənqidlərə fikir vermir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü altıncı gün Argentinada karyerasının ilk poulunu qazanmışdı. Əsas yarışda isə o üçüncü olaraq podiuma yüksəlib və 2020-ci ilin Arqqon yarışından sonra ilk dəfə fəxri kürsüdə yer alıb.

Aleks Markes: “İnsanların nə düşündüyü vecimə deyil. Özümə inanıram. Ducati və Gresini-ni seçməklə ən doğru addımı atmışam. Buraya gəlmə səbəbik Gresini-nin düzgün və peşəkar komanda olmasıdır. Ancaq hələki iki yarış keçib və nəticələr dəyişə bilər. Davamlı inkişaf edirik və bu müsbət haldır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*