A.Covinatsi və Alfa Romeo cərimələniblər

Alfa Romeo komandası Antonio Covinatsini trasa təhlükəli formada yolladığı üçün 5 min avro pul cəzası alıb.

F-1.az bildirir ki, italiyalı sürücü üçüncü sərbəst yürüşlərdə pit yolunda Ləns Strolla təmas yaşayıb. Hadisəni araşdıran stüardlar Alfa Romeo komandasına 5 min avro pul cəzası verib.

LAkin Covinatsi üçüncü sərbəst yürüşlərdə yenə də problem yaşayıb. Bu dəfə Pyer Qasli ilə… Fransalı sürücü yeni dövrəsinə başlamaq üçün son döngəyə gəlib və o anda Covinatsi yavaş-yavaş yarış trayektoriyasında gedirdi. Qasli son anda rəqibini görüb və iki sürücü arasında təhlükəli an yaşanıb. Pyer bu insidentə görə çox əsəbiləşib. Bu hadisəni də araşdıran stüardlar Antonio Covinatsiyə xəbərdarlıq cəzası veriblər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*