26 Mart 2019, Çərşənbə axşamı - 18:34

2012-ci il mövsümü tərsinə ))

2012-ci il mövsümü tərsinə ))

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:42 - 04 Dekabr, 2012

f1news.ru saytının ştatdankənar müxbiri Dmitriy Neprokin hər il arxada qalan mövsümün tərsinə gedişini hazırlayır. Beləliklə, 2012-ci ilin bütün yarışları tərsinə […]

f1news.ru saytının ştatdankənar müxbiri Dmitriy Neprokin hər il arxada qalan mövsümün tərsinə gedişini hazırlayır. Beləliklə, 2012-ci ilin bütün yarışları tərsinə düzümdə…

Startdan əvvəl: Niko Hülkenberq Force İndia-ya keçir, almaniyalı sürücünü Sauber-də Serxio Peres əvəz edəcək, meksikalı sürücünün yerini isə McLaren-də Lyuis Həmilton tutacaq. Mercedes AMG-də vakansiyanı debütant Mixael Şumaher tutur. Şarl Pik Caterham-dən Marussia-ya keçir, Valtteri Bottas karyerasını Williams-da başa vurur, onun yerini Bruno Senna tutacaq…

1. Braziliya Qran Prisi:

bra-pod
Batton – Alonso – Massa – Uebber – Hülkenberq – Fettel – Şumaher – Vern – Kobayaşi – Rəykkönen

Batton mövsümün ilk yarışında gözəl qələbə qazanaraq “yağış adam” statusunu təsdiq edir. Həmilton və Hülkenberq liderlik uğrunda mübarizədə toqquşurlar, deyəsən, Force İndia bu il qələbəyə namizədlər arasında olacaq. Ferrari-nin hər iki sürücüsü podium qazandığı üçün Skuderiya Mühəndislər Kubokunda (MK) liderliyi ələ alır. İlk yarışda səkkiz komandanın nümayəndələri xal qazanır.

MK: Ferrari – 33, McLaren – 25, Red Bull – 20, Force İndia – 10

2. ABŞ Qran Prisi:

usa-pod
Həmilton – Fettel – Alonso – Massa – Batton – Rəykkönen – Qrojan – Hülkenberq – Maldonado – Senna

Həmilton Ostində keçən sonuncu Qran Pridə qələbə qazanır və Formula1 ABŞ-ı tərk edir, bilinmir hansı müddətə. McLaren MK-da Ferrari-yə çatır, Williams isə mövsümdə xal qazanmış 9-cu komanda olur.

Şəxsi hesab (ŞH): 1) Batton – 35, 2) Alonso – 33, 3) Massa – 27, 4) Fettel – 26, 5) Həmilton – 25, 6) Hülkenberq – 14, 7) Uebber – 12
MK: 1) McLaren – 60, 2) Ferrari – 60, 3) Red Bull – 38 4) Lotus – 15

3. Abu Dabi Qran Prisi:

abu-pod
Rəykkönen – Alonso – Fettel – Batton – Maldonado – Kobayaşi – Massa – Senna – di Resta – Rikkardo

Rəykkönen mövsümdə Lotus-a ilk qələbəni qazandırır, düzdür, McLaren mövsümdə ardıcıl üçüncü qələbəsinə yaxın idi, amma Həmilton yarışa liderlik edərkən ötürmələr qutusunda problemlər üzündən yarışdan kənar qalır – mövsümün ilk 3 yarışından ikisində britaniyalı sürücü yarışdan kənar qalır. Alonso çempionatda liderliyi ələ alır, Fettel isə stabil nəticələrə görə artıq 3-cü pilləyə yüksəlir. Ferrari MK-da liderliyi özünə qaytarır, di Resta və Rikkardo mövsümdə ilk xallarını qazanırlar.

ŞH: 1) Alonso – 51, 2) Batton – 47, 3) Fettel – 41, 4) Rəykkönen – 34, 5) Massa – 33, 6) Həmilton – 25
MK: 1) Ferrari – 84, 2) McLaren – 72, 3) Red Bull – 53, 4) Lotus – 40

4. Hindistan Qran Prisi:

hin-pod
Fettel – Alonso – Uebber – Həmilton – Batton – Massa – Rəykkönen – Hülkenberq – Qrojan – Senna

Fettel Red Bull-a mövsümdə ilk qələbəni qazandırır və ilk dörd yarışda qələbə qazanan dördüncü sürücü olur. Uebber komandasını sevindirir və mövsümdə ilk podiumunu qazanır. Fettel Battonu qabaqlayarq ŞH-da ikinci yerə yüksəlir.

ŞH: 1) Alonso – 69, 2) Fettel – 66, 3) Batton – 57, 4) Massa – 41, 5) Rəykkönen – 40, 6) Həmilton – 37, 7) Uebber – 27
MK: 1) Ferrari – 110, 2) McLaren – 94, 3) Red Bull – 93

5. Cənubi Koreya Qran Prisi

kor-pod
Fettel – Uebber – Alonso – Massa – Rəykkönen – Hülkenberq – Qrojan – Vern – Rikkardo – Həmilton

Fettel mövsümdə ikinci qələbə qazanan ilk sürücü olur və çempionatda liderliyi ələ alır. Red Bull komandası dubl edərək MK-da ikinci yerə yüksəlir.

ŞH: 1) Fettel – 91, 2) Alonso – 84, 3) Batton – 57, 4) Massa – 53, 5) Rəykkönen – 50, 6) Uebber – 45, 7) Həmilton – 38
MK: 1) Ferrari – 137, 2) Red Bull – 136, 3) McLaren – 95

6. Yaponiya Qran Prisi

jap-pod
Fettel – Massa – Kobayaşi – Batton – Həmilton – Rəykkönen – Hülkenberq – Maldonado – Uebber – Rikkardo

Fettel ardıcıl 3-cü qələbəsini bayram edir, Red Bull isə MK-da liderliyi ələ keçirir. Kobayaşi Sauber-ə mövsümdə ilk podium qazanır. Mercedes AMG komandası altı yarışda yalnız debütant Şumaherlə bir dəfə xal qazana bilib və MK-da 9-cu yeri tutur, deyəsən, Həmilton McLaren-ə keçməklə düzgün addım atıb. Massa ŞH-da 3-cü yerə qayıdır.

ŞH: 1) Fettel – 116, 2) Alonso – 84, 3) Massa – 71, 4) Batton – 69, 5) Rəykkönen – 58, 6) Həmilton – 48, 7) Uebber – 47
MK: 1) Red Bull – 163, 2) Ferrari – 155, 3) McLaren – 117

7. Sinqapur Qran Prisi

sin-pod
Fettel – Batton – Alonso – di Resta – Rosberq – Rəykkönen – Qrojan – Massa – Rikkardo – Peres

Fettel ardıcıl 4-cü qələbəsini qazanır və Alonsonu artıq 42 xal qabaqlayır. Rosberq və Peres mövsümdə ilk xallarını qazanırlar. Meksikalı sürücünün aktivində bir xal olsa da, komanda yoldaşı Kobayaşi artıq 25 xal toplayıb. Mercedes AMG Rosberqin sayəsində Toro Rosso-nu keçə bildi.

ŞH: 1) Fettel – 141, 2) Alonso – 99, 3) Batton – 87, 4) Massa – 75, 5) Rəykkönen – 66, 6) Həmilton – 48, 7) Uebber – 47
MK: 1) Red Bull – 188, 2) Ferrari – 174, 3) McLaren – 135

8. İtaliya Qran Prisi

ita-pod
Həmilton – Peres – Alonso – Massa – Rəykkönen – Şumaher – Rosberq – di Resta – Kobayaşi – Senna

Həmilton mövsümdə ikinci qələbəsini qazanır, amma McLaren dubluy əldən verir – ikinci yerdə gedən Batton yarışdan kənar qalır. Peres yarışın sonunu çox gözəl keçirir və azarkeşlərin gözləri önündə Alonsonu keçərək mövsümdə ilk podiumunu qazanır. Mövsümün ilk Avropa Qran Prisi Red Bull üçün uğursuz olur – hər iki sürücü finiş görmür və Ferrari MK-da liderliyi özünə qaytarır. Lotus Qrojandan narazı olduğu üçün Avropanın ilk yarışında test sürücü Jerom D’Ambrozionu yoxlamaq qərarına gəlir, amma bu sürücü də ümidləri doğrultmur. Mercedes AMG sürücülərinin hər ikisi xal qazandığı üçün MK-da Williams komandasını üstələyir.

ŞH: 1) Fettel – 141, 2) Alonso – 114, 3) Batton – 87, 4) Massa – 87, 5) Rəykkönen – 76, 6) Həmilton – 73, 7) Uebber – 47
MK: 1) Ferrari – 201, 2) Red Bull – 188, 3) McLaren – 160

9. Belçika Qran Prisi

bel-pod
Batton – Fettel – Rəykkönen – Hülkenberq – Massa – Uebber – Şumaher – Vern – Rikkardo – di Resta

Batton mövsümdə ikinci qələbəsini qazanır. Qrojan sükan arxasına uğursuz qayıdır və birinci döngədə ciddi qəza tərdir. Red Bull MK-da birinciliyi geri qaytarır. Çempionatda 5 həftəlik fasilə başlayır.

ŞH: 1) Fettel – 159, 2) Alonso – 114, 3) Batton – 112, 4) Massa – 97, 5) Rəykkönen – 91, 6) Həmilton – 73, 7) Uebber – 55
MK: 1) Red Bull – 214, 2) Ferrari – 211, 3) McLaren – 185

10. Macarıstan Qran Prisi

mac-pod
Həmilton – Rəykkönen – Qrojan – Fettel – Alonso – Batton – Senna – Uebber – Massa – Rosberq

5 həftəlik fasilədən sonra Həmilton McLaren-ə ardıcıl 3-cü qələbəni qazandırır. Fettelin Alonso üzərində üstünlüyü 47 xala çatır, Alonso yalnız “möcüzə” gözləyir. Qrojan özünü doğrultmağa çalışaraq mövsümdə ilk podiumunu qazanır. Massa ŞH-da 5-ci yerə düşür.

ŞH: 1) Fettel – 171, 2) Alonso – 124, 3) Batton – 120, 4) Rəykkönen – 109, 5) Massa – 99, 6) Həmilton – 98, 7) Uebber – 59
MK: 1) Red Bull – 230, 2) Ferrari – 223, 3) McLaren – 218

11. Almaniya Qran Prisi:

alm-pod

Alonso – Batton – Rəykkönen – Kobayaşi – Fettel – Peres – Şumaher – Uebber – Hülkenberq – Rosberq

Alonso Ferrari-yə mövsümdə ilk qələbəni qazandırır, bunun sayəsində MK-da komanda liderliyi ələ alır. Fettel yarışı podiumda başa vursa da, sonradan aldığı cərimə sayəsində 5-ci yerə düşür.

ŞH: 1) Fettel – 181, 2) Alonso – 149, 3) Batton – 138, 4) Rəykkönen – 124, 5) Massa – 99, 6) Həmilton – 98, 7) Uebber – 63
MK: 1) Ferrari – 248, 2) Red Bull – 244, 3) McLaren – 236

12. Böyük Britaniya Qran Prisi

brit-pod
Uebber – Alonso – Fettel – Massa – Rəykkönen – Qrojan – Şumaher – Həmilton – Senna – Batton

Uebber çətin mövsümdə ilk qələbəsini qazanır və komandasına MK-da liderliyini geri qaytarmağa kömək edir. McLaren isə ev yarışında uğursuzluqla üzləşir.

ŞH: 1) Fettel – 196, 2) Alonso – 167, 3) Batton – 139, 4) Rəykkönen – 134, 5) Massa – 111, 6) Həmilton – 102, 7) Uebber – 88
MK: 1) Red Bull – 284, 2) Ferrari – 278, 3) McLaren – 241

13. Avropa Qran Prisi

avr-pod

Alonso – Rəykkönen – Şumaher – Uebber – Hülkenberq – Rosberq – di Resta – Batton – Peres – Senna

Alonso mövsümdə ikinci qələbəsini qazanır və Fettelə fərqi minimuma endirir – almaniyalı sürücü yarışda böyük üstünlüklə öndə olsa da, yarışı dayandırmalı olur və Ferrari yenə də MK-da birinci yerə yüksəlir. Şumaher debüt ilində özünün və mövsümdə komandasının ilk podiumunu qazanır və təcrübəli komanda yoldaşını 19 xal qabaqlayır. Stabil nəticələr sayəsində Rəykkönen ŞH-da 3-cü yerə yüksəlir.

ŞH: 1) Fettel – 196, 2) Alonso – 192, 3) Rəykkönen – 152, 4) Batton – 143, 5) Massa – 111, 6) Həmilton – 102, 7) Uebber – 100
MK: 1) Ferrari – 303, 2) Red Bull – 296, 3) McLaren – 245

14. Kanada Qran Prisi

avr-pod
Həmilton – Qrojan – Peres – Fettel – Alonso – Rosberq – Uebber – Rəykkönen – Kobayaşi – Massa

Həmilton mövsümdə 4-cü qələbəsini qazanır. MK-da bərabərlik yaransa da, Red Bull qələbələr sayəsində öndədir. Qrojan və Peres mövsümdə ikinci podiumlarını qazanırlar.

ŞH: 1) Fettel – 208, 2) Alonso – 202, 3) Rəykkönen – 156, 4) Batton – 143, 5) Həmilton – 127, 6) Massa – 112, 7) Uebber – 106
MK: 1) Red Bull – 314, 2) Ferrari – 314, 3) McLaren – 270

15. Monako Qran Prisi

mon-pod
Uebber – Rosberq – Alonso – Fettel – Həmilton – Massa – di Resta – Hülkenberq – Rəykkönen – Senna

Uebber mövsümdə ikinci qələbəsini qazanır, Mercedes AMG maşınlarının sürəti artıb – Şumaher poul, Rosberq isə podium qazanır və komanda MK-da Sauber və Force İndia-nı üstələyir.

ŞH: 1) Fettel – 220, 2) Alonso – 217, 3) Rəykkönen – 158, 4) Batton – 143, 5) Həmilton – 137, 6) Uebber – 131, 7) Massa – 120
MK: 1) Red Bull – 351, 2) Ferrari – 337, 3) McLaren – 280

16. İspaniya Qran Prisi

isp-pod
Maldonado – Alonso – Rəykkönen – Qrojan – Kobayaşi – Fettel – Rosberq – Həmilton – Batton – Hülkenberq

Maldonado gözlənilməz qələbə qazanır, bu qələbə Williams-ın MK-da mövqeyini möhkəmləndirir. Alonso Hindistan Qran Prisindən sonra liderliyi ələ alır. Mövsümün Avropa hissəsi başa çatır və komandalar səfərə yollanırlar – ŞH-da titula 5 namizəd qalır.

ŞH: 1) Alonso – 235, 2) Fettel – 228, 3) Rəykkönen – 173, 4) Batton – 145, 5) Həmilton – 141, 6) Uebber – 131, 7) Massa – 120
MK: 1) Red Bull – 359, 2) Ferrari – 355, 3) McLaren – 286

17. Bəhreyn Qran Prisi

bah-pod
Fettel – Rəykkönen – Qrojan – Uebber – Rosberq – di Resta – Alonso – Həmilton – Massa – Şumaher

3 həftəlik fasilə göstərir ki, Ferrari maşınları sürətlərini itiriblər. Fettel mövsümdə 5-ci qələbəni qazanır və liderliyi ələ keçirir – titula 3 namizəd qalır.

ŞH: 1) Fettel – 253, 2) Alonso – 241, 3) Rəykkönen – 191, 4) Həmilton – 145, 5) Batton – 145, 6) Uebber – 143, 7) Massa – 122
MK: 1) Red Bull – 396, 2) Ferrari – 363, 3) McLaren – 290

18. Çin Qran Prisi

chin-pod
Rosberq – Batton – Həmilton – Uebber – Fettel – Qrojan – Senna – Maldonado – Alonso – Kobayaşi

Mercedes AMG maşın üzərində işləməyi davam etdirir və sıralanma turunda birinci cərgəni zəbt edir, Rosberq isə yarışda dominantlıq edir. Rəykkönen ardıcıl 17 yarışda xal qazandıqdan sonra bu dəfə komandanın strateqlərinin qurbanı olur. Ferrari formasını itirməkdə davam edir və Fettelin Alonso üzərində üstünlüyü 20 xala çatır – hər iki çempionatda titula iki namizəd qalır.

ŞH: 1) Fettel – 263, 2) Alonso – 243, 3) Rəykkönen – 191, 4) Batton – 163, 5) Həmilton – 160, 6) Uebber – 155
MK: 1) Red Bull – 418, 2) Ferrari – 365, 3) McLaren – 323

19. Malayziya Qran Prisi

mal-pod
Alonso – Peres – Həmilton – Uebber – Rəykkönen – Senna – di Resta – Vern – Hülkenberq – Şumaher

Alonso gözlənilmədən yavaş Ferrari-nin sükanı arxasında qələbə qazanır, Fettel xalsız qaldığı üçün Alonso mövsümün son yarışına lider kimi yollanır. Red Bull komandasına Avstraliyada 3 xal qazanmaq kifayətdir.

ŞH: 1) Alonso – 268, 2) Fettel – 263, 3) Rəykkönen – 201, 4) Həmilton – 175, 5) Batton – 163, 6) Uebber – 157
MK: 1) Red Bull – 430, 2) Ferrari – 390, 3) McLaren – 338

20. Avstraliya Qran Prisi

avs-pod
Batton – Fettel – Həmilton – Uebber – Alonso – Kobayaşi – Rəykkönen – Peres – Rikkardo – di Resta

Batton mövsümdə 3-cü qələbəsini qazanır, Fettel isə çempionatda qalib gəlir. Red Bull MK-da birinci olur – Ferrari-nin mövsümün sonunda zəif sürəti Alonsoya titul uğrunda mübarizə aparmağa imkan vermir.

ŞH: 1) Fettel – 281, 2) Alonso – 278, 3) Rəykkönen – 207, 4) Həmilton – 190, 5) Batton – 188, 6) Uebber – 179
MK: 1) Red Bull – 460, 2) Ferrari – 400, 3) McLaren – 378

Finişdən sonra: Force İndia Niko Hülkenberqi test sürücülüyünə keçirir, onun yerinə isə Adrian Sutil dəvət olunur. Lotus hər iki sürücüsündən narazı qaldığı üçün Vitaliy Petrov və Bruno Senna ilə müqavilə imzalayır, bu sürücüləri isə komandalarında Yarno Trulli və Rubens Barrikello əvəzləyirlər. Kimi Rəykkönen və Roman Qrojan isə karyeralarını WRC və GP2 çempionatlarında davam etdirməli olurlar.

Digər fransalı sürücü Şarl Pik də GP2-yə yollanır, onun yerini isə Lotus-un test sürücüsü Jerom D’Ambrozio tutacaq. Çempionatda debüt etmiş HRT komandası Pedro de la Rosanı azad edir və onun yerinə italiyalı Vitantonio Liutsini dəvət edir. Pedro isə McLaren-də test sürücü olur. Toro Rosso da hər iki sürcüsü ilə vidalaşır və Red Bull-un gənc sürücü proqramının digər iştirakçıları – Sebastyen Buemi və Xayme Algersuari ilə müqavilə imzalayır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 218
Teqlər
Paylaş

logo