Sinqapurda Mercedes iki fərqli maşın versiyasını müqayisə edəcək

Sinqapurda keçiriləcək həftəsonuna başlamazdan əvvəl Mercedes komandasının rəhbəri Toto Volff qarşıdakı mərhələdə işin xüsusiyyətlərindən danışıb…

Toto Volff: “Malayziyadakı həftəsonu bizim üçün çətin alınıb. Trasdakı nəticələrimizin niyə gözləntilərə uyğun gəlmədiyini anlamağa çalışmışıq və daha dərindən araşdırmalı olduğumuz bir neçə istiqamət tapmışıq. Amma Formula1-də sadə cavablar olmur. Nəticə çıxarmazdan əvvəl daha çox məlumat toplamalıyıq. Sinqapurdakı yarış bu işi dərhal davam etdirməyə imkan verəcək. Biz tam fərqli xüsusiyyətlərə malik trasda çıxış edəcəyik ki, bu da daha aydın mənzərə formalaşdırmağa kömək edəcək.

Məhz buna görə həftəsonu ərzində həm son yenilikləri, həm də maşının əvvəlki spesifikasiyasını dəyərləndirəcəyik ki, bundan sonra hansı istiqamətdə irəliləməli olduğumuzu anlayaq. Malayziyada mühərrikin sıradan çıxmasından sonra Corcu güc qurğusunun dəyişdirilməsinə görə cərimə gözləyir. Bu, məyusedici bir dayanma olub, xüsusilə də onun əvvəlki həftəsonu nə qədər əla çıxış etdiyini nəzərə alsaq. Təəssüf ki, belə şeylər bizim idmanın bir hissəsidir və indi diqqətimizi ona irəliləməyə imkan verəcək qədər rəqabətədavamlı maşın təqdim etməyə yönəltmişik.

Mövsümdə şənbə sprinti olan son mərhələdən maksimum yararlanmalıyıq, öyrənməyə davam etməliyik və hər iki maşınla mümkün olan ən yüksək nəticəni qazanmalıyıq. Sinqapur vəziyyəti nə dərəcədə düzgün anladığımızın və komandamızın dözümlülüyünün vacib sınağı olacaq”.