Kimi Antonelli: “Mən bunu gözləmirdim, bu, sadəcə inanılmazdır! Çox xoşbəxtəm, çünki bu gün yarışı qazana biləcəyimi heç təsəvvür belə etmirdim. Amma hər şey alındı və buna görə həqiqətən sevinirəm.
Hərçənd Corcu ilk dəfə ötməyə cəhd edəndə trasdan kənara çıxdım və bu an kifayət qədər qorxulu idi. Mən trasın lap kənarında idim, baxmayaraq ki, düşünürdüm döngəyə yenə də sığa biləcəyəm. Amma çınqıllığa çıxmalı olanda artıq qərara gəlmişdim ki, yəqin, qələbə şansımı əldən vermişəm. Xoşbəxtlikdən, tempimiz hələ də kifayət qədər yüksək idi və biz qalib gələ bildik.
İkinci restartdan sonra başa düşürdüm ki, sürət qələbə uğrunda mübarizə aparmağa imkan verir, buna qəti şəkildə inanırdım, xüsusən də artıq Corcu lap yaxından təqib edəndə. Amma ondan qopmaq alınmırdı, çünki bu trasda slipstrim çox güclüdür.
Amma sonra biz daha bir pit-stop etdik, komanda yoldaşım isə trasda qaldı, halbuki onun təkərləri artıq yeyilmişdi. Daha təzə təkərlə mən tempi artıra bildim və yarışı qələbə ilə başa vurmağı bacardım!”





