Z.əl Zayani: “Bəhreyn qonaqların qəbuluna hazırdır”

Bəhreyn beynəlxalq avtodromunun direktoru Zayed əl Zayani hesab edir ki, ölkədəki vəziyyətlə bağlı narahatlığı sadəcə “otaq müşahidəçiləri” və sosial şəbəkələrdəki […]

Bəhreyn beynəlxalq avtodromunun direktoru Zayed əl Zayani hesab edir ki, ölkədəki vəziyyətlə bağlı narahatlığı sadəcə “otaq müşahidəçiləri” və sosial şəbəkələrdəki fitnəkarlar qızışdırırlar…

Zayed əl Zayani: “Belə alınıb ki, heç vaxt kreslolarından ayrılmayan “otaq müşahidəçiləri” vəziyyəti diqqətlə araşdırmadan sosial şəbəkələrdəki kiçik ekstremist qruplarla birlikdə ölkədəki vəziyyət barədə tamamilə həqiqətə uyğun gəlməyən təəssürat yaradıblar.

Son bir neçə həftə ərzində Bəhreynə çox adam gəlib, onlar əmin olublar ki, krallıq Formula1 qonaqlarını qəbul etməyə hazırdır, ona görə də mən bu idmana marağı olan hər bir kəsi etibarlı mənbənin məlumatına əsaslanmağa çağırıram.”

Keçən həftə ölkəyə baş çəkən xarici nümayəndələr arasında Lotus komandasının iki nümayəndəsi də olub – bu gün BBC-yə müsahibəsində Berni Ekklstoun onlara əsaslanaraq bildirib ki, komandalar heç bir problem görmürlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*