Yeni Toro Rosso maşını krəş-testi keçib

Toro Rosso komandasının yeni STR7 şassisi FİA-nın bütün krəş-testlərini keçib – bu barədə komandanın mətbuat xidməti xəbər yayıb. Məlum olduğu […]

Toro Rosso komandasının yeni STR7 şassisi FİA-nın bütün krəş-testlərini keçib – bu barədə komandanın mətbuat xidməti xəbər yayıb.

Məlum olduğu kimi, bu il bütün komandalar mövsümöncəsi testlərə qədər məcburi krəş-testlərdən keçməlidirlər, İtaliyanın Faensa şəhərini təmsil edən komanda xəbər verib ki, yeni maşın əvvəlcə statik testləri, bu gün səhər isə digər testləri də uğurla keçib.

Komandanın yaydığı mətbuat relizində deyilir ki, “indi biz bilirik ki, yeni maşın kifayət qədər möhkəmdir və fevralın 7-də Xeresdə biz onun sürət və etibarlılığının artırılması üzərində işə başlaya bilərik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*