Yeni qaydalar baxımlılığı artırıb

Formula1 komandalarının başçıları hesab edirlər ki, yenilənmiş texniki reqlament, o cümlədən arxa antiqanadın hərəkətli elementinin tətbiqi və KERS-in qayıtması, həmçinin […]

Formula1 komandalarının başçıları hesab edirlər ki, yenilənmiş texniki reqlament, o cümlədən arxa antiqanadın hərəkətli elementinin tətbiqi və KERS-in qayıtması, həmçinin Pirelli təkərlərinə keçid, yarışların baxımlılığını kəskin artırıblar…

Erik Bulye: “Düşünürəm ki, hər şey yaxşı gedir. Əgər siz əsil peşəkarsınızsa, mən özümü peşəkar hesab edirəm, onda sizin sürücülərin gərgin mübarizəsindən, təkər-təkərə, panton-pantona mübarizəsindən xoşunuz gəlməlidir.

Hərəkətli arxa antiqanad onun hazırlanmasına sərf olunan xərcləri doğruldur, hərçənd, bəzi traslarda element işləmir, məsələn, Avstraliyada. Amma uzun düz yollar olan traslarda, məsələn, Malayziya və Çində, element normal effekt verir və bu yaxşıdır.”

Martin Uitmarş: “Hesab edirəm ki, Malayziya Qran Prisi pis keçmədi və təkərlərlə vəziyyət baxımlılığı artırır – hətta eyni komandanın sürücüləri müxtəlif strategiyalar seçməli olurlar.

Pirelli elə də çox test keçirməyib və biz onları təbrik etməliyik: onlar yaxşı təkər hazırlayıblar. Bəzi sürücülər təkərlərldən gileylənə bilərlər, amma fakt fakt olaraq qalır: təkərlər təhlükəsiz alınıb və komandalar yarışın gedişində maraqlı və çətin məsələləri həll etməli olurlar, bu isə şounun keyfiyyətini artırır.”

Kristian Horner: “Sözsüz ki, pit-uollda vəziyyət daha da gərginləşib. Bunu gecə zamanı növbə çəkən aviadispetçerin işi kimi başa düşün, çünki görülən işin həcmi olduqca böyükdür: siz başa düşməyə çalışırsınız ki, trasda vəziyyət necə olacaq, təkərlərin vəziyyətini izləməlisiniz, hər iki maşın üçün düzgün təkər dəsti seçməlisiniz.

Bütün bunlar həqiqətən yarışları maraqlı edir. Ümumən Qran Prini şərh etmək mənə çətindir, çünki öz işimlə elə məşğul idim ki, faktiki olaraq yarışı izləmirdim.

Axşam yarışa baxrısan ki, kənardan hər şeyin necə göründüyünü başa düşəsən, amma sürücülər arasında kifayət qədər duel oldu. Biz Alonso və Həmiltonun kəskin mübarizəsini gördük, biz Mark Uebberin startda problemlərini gördük. Ona görə də yeni qaydalar pozitiv rol oynayır, axı keçən illərdə yarışlar çox statik keçirdi.

Düşünürəm ki, hər şey yaxşı gedir və bir neçə yarışdan sonra biz yeni elementlərin yarışlara təsirini daha yaxşı başa düşəcəyik.”

Stefano Domenikali: “Əgər baxımlılıqdan danışsaq, azarkeşlərə arxa antiqanadın açılmasını və bağlanmasını, trasda sürücülərin yaxınlaşmasını və mübarizənin başlanmasını görmək maraqlıdır.

Digər tərəfdən, azarkeşlər baş verənləri elə də asanlıqla başa düşə bilmirlər, çünki hətta komandaların özləri də hələ çətinlik çəkirlər, amma indi yarışlar hamı üçün belə keçir. Nəzərə almaq lazımdır ki, bütün bunlar artıq bizim oyunun bir hisssədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*