Yeni komandalar FOTA-ya qoşulur

Çempionatın iki yeni komandası – Campos və USF1 təsdiq ediblər ki, FOTA-ya üzv olublar, tezliklə Manor və Lotus komandalarından da […]

Çempionatın iki yeni komandası – Campos və USF1 təsdiq ediblər ki, FOTA-ya üzv olublar, tezliklə Manor və Lotus komandalarından da anoloji bəyanat gözlənilir…

Campos və USF1 komandalarının nümayəndələri FOTA-nın Sinqapurdakı iclasında iştirak edəcəklər, iclasda assosiasiyanın kommersiya başçısı Flavio Briatoreni əvəz edəcək şəxs seçiləcək, amma FOTA-nın nümayəndəsi jurnalistlərə bildirib ki, bu barədə qərar mövsüm başa çatdıqdan sonra da qəbul oluna bilər.