Yeni həftəsonu formatı Avstriyada debüt edəcək?

Yenilənmiş sprint həftəsonu formatı əvvəllər xəbər verildiyi kimi Azərbaycan Qran Prisində deyil, ilk dəfə Avstriya Qran Prisində sınaqdan keçiriləcək.

F-1.az bildirir ki, bu barədə nüfuzlu Autosport resursu məlumat verib.

Bu, Pirelli-nin yenilənmiş formatın tətbiqi üçün lazım olan əlavə təkər dəstlərini tədarük etməyə vaxtının olmaması ilə bağlıdır. Xatırladaq ki, hazırda Formula1 ilə əlaqəli bir çox əməkdaş Bakıdakı yarışa qədər uzun fasilə olduğu üçün qısamüddətli məzuniyyətdədir.
Yarandığı gündən etibarən istifadə olunan sprint yarışı olan həftəsonlarının hazırkı formatı cümə günü ilk sərbəst yürüşlər və sıralanma turu, şənbə günü ikinci sərbəst yürüşlər və sprint yarışı, daha sonra isə hər zaman olduğu kimi bazar günü əsas yarışın keçirilməsindən ibarətdir.
Artıq on F1 komandası formatı dəyişdirmək və iki təsnifat mərhələsi keçirmək barədə razılığa gəlib. Yeni təklifə əsasən, sürücülər cümə günü bir sərbəst yürüş keçirdikdən sonra bazar günü baş tutacaq əsas yarışın start düzümünü müəyyən edəcək sıralanma turunda mübarizə aparacaqlar. Şənbə günü isə daha bir sıralanma turu baş tutacaq ki, bu da həmin gün keçiriləcək sprint yarışında start yerlərini müəyyən edəcək.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*