Avstriya meteoroloji xidmətinin məlumatına görə, artıq bu gün hava 31 dərəcəyədək isinəcək, cümə günü 1 dərəcə çox, şənbə və bazar günləri isə +33 dərəcəyədək artım gözlənilir. Bu, iyunun son dekadasında Qərbi Avropa ölkələrini bürümüş isti hava dalğasının nəticəsidir.
Belə vəziyyətdə sürücülər öz seçiminə görə son iki il ərzində sınaqdan keçirilmiş xüsusi soyutma sistemlərindən istifadə edə bilərlər. Lakin əgər konkret sürücü belə soyuducu jiletin istifadəsindən imtina edərsə, onun maşınına müvafiq çəkidə ballast əlavə ediləcək.





