Sayns nəticədən razıdır

Ferrari-nin ispan sürücüsü sıralanma turunda üçüncü olub və yalnız Maks Ferstappenlə Şarl Leklerdən geri qalıb.

F-1.az xəbər verir ki, bu il heç də yaxşı olmayan Ferrari maşını ilə ilk üçlüyə girən Karlos nəticəni qənaətbəxş hesab edir.

Serxio Peres: “Yaxşı nəticədir – hesab edirəm ki, maşın əla sıralanma turu sifətinə malik idi və mən mütləq surətdə hiss etdim ki, son vaxtlar irəliləyiş əldə etmişik. Təsnifat mərhələsində Maksa gözlənildiyindən daha yaxın idik, buna görə də razı qala bilərik.

Bu həftə sonu hələ çox iş var, amma bu gün, heç olmasa, əsas yarışda startda özümüzə yaxşı mövqe tutacağımıza zəmanət vermişik, ona görə də Şarlla birlikdə podiuma çıxmağa çalışacağıq.

Sabah yeni gün, fərqli hava, trasda fərqli şərait olacaq – nəticə də təbii ki, fərqli ola bilər, ona görə də diqqətli olmaq vacibdir. “Qapalı park” rejimi artıq qüvvədə olduğundan, maşının parametrlərini dəyişə bilmərik, lakin hansı sahələrdə yaxşılaşdırmalar edə biləcəyimizi başa düşmək üçün təfərrüatları öyrənəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*