Yaponiyada S.Bueminin maşınının altında adam qalıb (video)

Bu uik-end Red Bull komandası Yaponiyada nümunəvi çıxışlar göstərir və şənbə günü Çiba şəhərində təşkil olunmuş yürüşlrədə maraqlı insident yaşanıb. […]

Bu uik-end Red Bull komandası Yaponiyada nümunəvi çıxışlar göstərir və şənbə günü Çiba şəhərində təşkil olunmuş yürüşlrədə maraqlı insident yaşanıb.

Yürüşlərin birində Toro Rosso sürücüsü Sebastyen Bueminin idarə etdiyi maşının təkərləri altına adam düşüb. Çox güman ki, o, şou göstərilən müydançada işləyən volontyorlardan biri olub. Maşının sürəti təxminən 30 km/saat olub, amma hər şey gözlənilmədən baş verdiyi üçün sürücü əyləci basa bilməyib və yaponiyalını vurub.

Sebastyen İsveçrənin Blick qəzetinə bildirib ki, “Red Bull öz araşdırmasını apardığı üçün insidenti şərh edə bilmərəm.”

Yaponiyalının bəxti gətirib: o, yüngül zədələr alıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*