19 İyun 2019, Çərşənbə - 11:01

İspanlar Renault-nu müdafiə ediblər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:21 - 04 Avqust, 2009

Hunqarorinq yarışının finişindən sonra stüardlar Fernando Alonsonun maşınından qopmuş təkərlə bağlı insidenti araşdıraraq Renault komandasını növbəti yarışda iştirakdan azad ediblər. […]

Hunqarorinq yarışının finişindən sonra stüardlar Fernando Alonsonun maşınından qopmuş təkərlə bağlı insidenti araşdıraraq Renault komandasını növbəti yarışda iştirakdan azad ediblər. Stüardlar bildiriblər ki, komanda ispan sürücünü trasa bərkidilməmiş təkərlə buraxıb, maşının saxlanması üçün heç bir tədbir görməyib və sürücüyə nasazlıq barədə məlumat verməyib…

Renault-nun nümayəndələri stüardların qərarından şikayət ediblər, apelyasiya avqustun 17-də olacaq, nəticəsi isə yalnız 18-də elan olunacaq, yəni Avropa Qran Prisinin cümə sərbəst yürüşlərinin başlanmasına cəmi 3 gün qalmış. Faktiki olaraq komanda yarışda iştirakı barədə qərarı bilmədən trasa avadanlıqlarını göndərməli olacaq.

İspaniya Kral Avtoİdman Federasiyası apelyasiya məhkəməsinin üzvlərinə müraciət edib və komandaya tətbiq edilmiş cəriməni qeyri-münasib adlandırıb, federasiya məhkəmə üzvlərini cəriməni ləğv etməyə və ya əvəz etməyə çağırıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 192
Teqlər
Paylaş

logo