18 Avqust 2019, Bazar - 21:57

Yaponiya Qran Prisi: Yarış

Yaponiya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:58 - 07 Oktyabr, 2012

Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +32° C Red Bull komandasının sürücüləri sıralanma turunda dominantlıq edərək ilk crəgəni […]

Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +32° C

Red Bull komandasının sürücüləri sıralanma turunda dominantlıq edərək ilk crəgəni qazanmışdılar, amma onların arxasında mübarizə çox gərgin alınmışdı. Şumaherin 10 yer, Batton və Hülkenberqin 5 yer və Vernin 3 yer itirməklə cərimələri peletonu bir qədər də qarışdırmışdı.

Şumaher, Vern və Pik starta Hard tərkibini seçiblər, yerdə qalan sürücülər isə Soft tərkibinə üstünlük veriblər.

Startda Fettel liderliyini qoruya bilib, Kobayaşi Uebberi qabaqlayıb – onların arxasında isə qəza baş verib: çempionatın lideri Alonso Rəykkönenlə kiçik təmasdan sonra trasdan çıxaraq mübarizəni dayandırıb, Qrojan isə Uebberə çırpılıb – hər iki Lotus sürücüsü startda insidentin iştirakçısı olub, Rosberq isə Senna ilə təmasdan sonra maşını saxlamalı olub. Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. TM-in araxsında ilk onluq: Fettel – Kobayaşi – Batton – Massa – Rəykkönen – Peres – Həmilton – Hülkenberq – Maldonado – Rikkardo. Qrojan, Uebber və Senna boksa yeni burun elementi almağa yollanıblar.

3-cü dövrədə yaraışa restart verilib, Fettel liderliyə davam edib və sürətlə Kamuidən uzaqlaşmağa başlayıb. Peres sancaq döngəsində Həmiltonu keçərək altıncı yerə yüksəlib. Startdakı insidnetə görə Qrojan boksda 10 saniyə gözləməklə cərimələnib. 9-cu dövrədə ilk onluq: Fettel – Kobayaşi – Batton – Massa – Rəykkönen – Peres – Həmilton – Hülkenberq – Maldonado – Rikkardo.

13-cü dövrədə Batton, Rəykkönen, Hülkenberq və di Resta, 14-cü dövrədə Kobayaşi, 15-ci dövrədə Peres, 16-cı dövrədə Həmilton, Maldonado və Senna, 17-ci dövrədə Fettel, Massa, Rikkardo və Şumaher ilk pit-stoplarını gerçəkləşdiriblər. Rəykkönen əvvəlcə Verni, sonra isə Kovalayneni keçməli olub, amma buna baxmayaraq Həmilton və Peresin önündə qalıb. Lyuisin arxasına düşən Serxio yenə də sancaq döngəsində hücum edib, amma bu dəfə xarici radiusda olduğu üçün trasdan çıxıb, çınqıllığa düşüb və mübarizəni dayandırıb. 19-cu dövrədə ilk onluq: Fettel – Massa – Kobayaşi – Batton – Rəykkönen – Həmilton – Hülkenberq – Maldonado – Uebber – Rikkardo.

Senna startdakı insidnetə görə pit-leyndən keçməklə cərimələnib, Şumaher di Restanı keçərək 11-ci yerə yüksəlib.

26-cı dövrədə Uebber ilk planlı pit-stopunu reallaşdırıb. 30-cu dövrədə Rəykkönen ikinci planlı pit-stoplar dalğasına start verib – 31-ci dövrədə Kobayaşi, Həmilton və Hülkenberq təzə təkər dəsti alıblar. Lyuis trasa çıxarkən daxili radiusda qalmaqla Rəykköneni qabaqlaya bilib. 32-ci dövrədə di Resta, 33-cü dövrədə Maldonado təkərlərini dəyişiblər. Kartikeyan isə maşınını boksda saxlayıb və kokpiti tərk edib. 34-cü dövrədə Rikkardo və Senna, 35-ci dövrədə Batton mexaniklərinə qonaq olublar – McLaren-in mexanikləri sağ arxa təkərlə ləngiyiblər. 36-cı dövrədə Massa və Şumaher, 37-ci dövrədə isə Fettel sonuncu dəfə boksa daxil olublar. 39-cu dövrədə ilk onluq: Fettel – Massa- Kobayaşi – Batton – Həmilton – Rəykkönen – Hülkenberq – Maldonado – Uebebr – Rikkardo.

Şarl Pikin maşınında motor imtina edib. Vitaliy Petrov isə mavi bayarqlara məhəl qoymadığı üçün pit-leyndən keçməklə cərimələnib. Fettelin Massa üzərində üstünlüyü 20 saniyəyə çatıb, braziliyalı sürücü üçüncü yerdən kifayət qədər uzaqlaşıb – üçüncü yer uğrunda isə Batton Kobayaşiyə pressinq tətbiq etməyə başlayıb. Mabrizə sonuncu döngəyə qədər davam edib, amma yaponiyalı sürücü ev trasında britaniyalı sürücünü hücum məsafəsinə buraxmayıb.

Sebastyan Fettel startdan finişə qədər liderlik etməklə inamlı qələbə qazanaraq mövsümdə üçüncü, ikinci ardıcıl və karyerasında 24-cü qələbəsini bayram edib. Felipe Massa 2010-cu il Koreya Qran Prisindən sonra ilk podiumunu qazanıb. Kamui Kobayaşi isə uşaqlıq arzusunu reallaşdıraraq vətəni Suzukada yaponiyalılar üçün tarixin üçüncü podiumunu qazınıb.

Alonsonun uğursuzluğu və Fettelin zəfəri titul uğrunda mübarizəni gərginləşdirib – mübarizə isə gələn həftə Koreyada davam edəcək…

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.28:56.242
02F.MassaFerrariFerrari+ 0:20.639
03K.KobayaşiSauberFerrari+ 0:24.538
04C.BattonMcLarenMercedes+ 0:25.098
05L.HəmiltonMcLarenMercedes+ 0:46.490
06K.RəykkönenLotusRenault+ 0:50.424
07N.HülkenberqForce İndiaMercedes+ 0:51.159
08P.MaldonadoWilliamsRenault+ 0:52.364
09M.UebberRed BullRenault+ 0:54.675
10D.RikkardoToro RossoFerrari+ 1:06.919
11M.ŞumaherMercedes AMGMercedes+ 1:07.769
12P.di RestaForce İndiaMercedes+ 1:23.460
13J.E.VernToro RossoFerrari+ 1:28.645
14B.SennaWilliamsRenault+ 1:28.709
15H.KovalaynenCaterhamRenault+ 1 dövrə
16T.QlokMarussiaCosworth+ 1 dövrə
17V.PetrovCaterhamRenault+ 1 dövrə
18P.de la RosaHRTCosworth+ 1 dövrə
19R.QrojanLotusRenault+ 2 dövrə
Ş.PikMarussiaCosworth
N.KartikeyanHRTCosworth
S.PeresSauberFerrari
F.AlonsoFerrariFerrari
N.RosberqMercedes AMGMercedes

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:35.774 (52-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01F.AlonsoFerrariFerrari194
02S.FettelRed BullRenault190
03K.RəykkönenLotusRenault157
04L.HəmiltonMcLarenMercedes152
05M.UebberRed BullRenault134
06C.BattonMcLarenMercedes131
07N.RosberqMercedes AMGMercedes93
08R.QrojanLotusRenault82
09F.MassaFerrariFerrari69
10S.PeresSauberFerrari66
11K.KobayaşiSauberFerrari50
12P.di RestaForce İndiaMercedes44
13M.ŞumaherMercedes AMGMercedes43
14N.HülkenberqForce İndiaMercedes37
15P.MaldonadoWilliamsRenault33
16B.SennaWilliamsRenault25
17J.E.VernToro RossoFerrari8
18D.RikkardoToro RossoFerrari7
19T.QlokMarussiaCosworth0
20H.KovalaynenCaterhamRenault0
21V.PetrovCaterhamRenault0
22J.D’AmbrozioLotusRenault0
23Ş.PikMarussiaCosworth0
24N.KartikeyanHRTCosworth0
25P.de la RosaHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault324
02McLarenMercedes283
03FerrariFerrari263
04LotusRenault239
05Mercedes AMGMercedes136
06SauberFerrari116
07Force İndiaMercedes81
08WilliamsRenault58
09Toro RossoFerrari15
10MarussiaCosworth0
11CaterhamRenault0
12HRTCosworth0

Yaponiya Qran Prisi: Yarış

Yaponiya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:31 - 13 Oktyabr, 2011

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +36° C Suzukaya Sebastyan Fettel titul uğrunda mübarizədə bir rəqiblə gəlmişdi, amma […]

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +36° C

Suzukaya Sebastyan Fettel titul uğrunda mübarizədə bir rəqiblə gəlmişdi, amma əgər almaniyalı sürücüyə mövsümün sonuna qədər cəmi bir xal qazanmaq kifayət idisə, Censon Batton yerdə qalan bütün beş yarışda qələbə qazanmalı idi. Hər iki titula namizəd birinci cərgədən start alırdı – sıralanma turunda sürücüləri cəmi 0.009 saniyə ayırmışdı.

Şənbə günü komandalar təkərlərə qənaət ediblər – Suzukada təkərlərin yeyilməsi gözlənilməz dərəcədə güclü olub. Start qəzasız ötüşüb. Fettel Battonun hücumunu sonadək dəf etməklə, onu otluğa sıxışdırıb və Həmilton ikinciliyə yüksəlib. Buemi 4 mövqe qazanıb, Senna o qədər itirib, Kobayaşi 5 mövqe geriləyib. 3-cü dövrədə Fettelin Həmilton üzərində üstünlüyü 2 saniyəyə çatıb.

6-cı dövrədə Alonso Massanı keçərək beşinci olub, Bruno isə daha iki mövqe itirib, Liutsi trasdan çıxsa da, problemsiz trasa qayıda bilib.

8-ci dövrədə Batton Həmiltonu keçib – Lyuisin maşınında təkər deşilib və sürücü boksa tələsib. 9-cu dövrədə Fettel və Şumaher, 10-cu dövrədə Batton, Alonso, Uebber və Kobayaşi təkərlərini dəyişiblər. 12-ci dövrədə Massa və Buemi pit-stop gerçəkləşdiriblər, amma Sebastyenin mexanikləri ön sağ təkəri yaxşı bağlamadıqları üçün sürücü yarışı dayandırmalı olub. Birinci pit-stopdan sonra Fettel liderliyini saxlayıb, Alonso isə Həmiltonu qabaqlayıb.

20-ci dövrədə Fettel və Uebber yenidən mexaniklərinin qonağı olublar, 21-ci dövrədə isə pitdən çıxan Batton liderliyi ələ alıb. 22-ci dövrədə Alonso və Həmilton, 23-cü dövrədə isə Massa pit-stopa gediblər. Nəticədə Mark Felipeni, Felipe isə Lyuisi qabaqlayıb.

24-cü dövrədə trasa Təhlükəsizlik maşını (TM) çıxıb – Lyuislə Felipenin mübarizəsi nəticəsində Ferrari-nin ön qanadının bir elementi və Mixaellə Markın mübarizəsi nəticəsində Mercedes-in daha bir elementi trasda qalaraq sürücülərə maneçilik törətdiyi üçün yarışın direktoru Çarlı Uaytinq belə radikal qərar qəbul edib.

Şumaher, di Resta, Kobayaşi, Barrikello, Rosberq, Trulli, Liutsi və D’Ambrozio təkərlərini dəyişiblər. Restartda Batton liderliyini saxlayıb, Petrov iki mövqe itirib. 31-ci dövrədə Petrov di Resta və Rosberqi üstələyib. Beş dövrə ərzində Censon Sebastyandan 2.5 saniyə uzaqlaşıb.

34-cü dövrədə Fettel, 35-ci dövrədə Uebber, 36-cı dövrədə Həmilton, 37-ci dövrədə Batton və 38-ci dövrədə Alonso sonuncu pit-stoplarını reallaşdırıblar. Alonso trasa Fettelin önündə qayıdıb, Həmilton isə əvvəlcə Massanı, sonra isə Rosberqi arxada qoyub.

Fettel Alonsoya bir neçə hücum etsə də, ispaniyalı sürücü məharətlə müdafiə olunub. Petrov di Resta və Kobayaşini keçərək onluğa qayıdıb, sonra isə Sutili də arxada qoyub. Rosberq də son dövrələrdə yaddaqalan ötmələr edərək, 23-cü yerdən start almasına baxmayaraq, onluğa daxil olub.

Censon Batton mövsümdə 3-cü və karyerasında 12-ci qələbəsini qazanıb – britaniyalı sürücü turnir cədvəlində ikinci yerini möhkəmlədib. Birinci yerdə olan Fettel isə artıq əlçatmazdır – titulun taleyi yenə də Suzukada həll olunub və Sebastyan tarixin ən gənc ikiqat dünya çempionu olub. Mühəndislər Kubokunun qalibi isə yaxın yarışlarda bəll olacaq…

YerPilotKomandaMotorVaxt
01C.BattonMcLarenMercedes1.30:53.427
02F.AlonsoFerrariFerrari+ 0:01.160
03S.FettelRed BullRenault+ 0:02.006
04M.UebberRed BullRenault+ 0:08.071
05L.HəmiltonMcLarenMercedes+ 0:24.268
06M.ŞumaherMercedes GPMercedes+ 0:27.120
07F.MassaFerrariFerrari+ 0:28.240
08S.PeresSauberFerrari+ 0:39.377
09V.PetrovLotus Renault GPRenault+ 0:42.607
10N.RosberqMercedes GPMercedes+ 0:44.322
11A.SutilForce İndiaMercedes+ 0:54.447
12P.di RestaForce İndiaMercedes+ 1:02.326
13K.KobayaşiSauberFerrari+ 1:03.705
14P.MaldonadoWilliamsCoswort+ 1:04.194
15X.AlgersuariToro RossoFerrari+ 1:06.623
16B.SennaLotus Renault GPRenault+ 1:12.628
17R.BarrikelloWilliamsCosworth+ 1:14.191
18H.KovalaynenTeam LotusRenault+ 1:27.824
19Y.TrulliTeam LotusRenault+ 1:36.140
20T.QlokMarussia VirginCosworth+ 2 dövrə
21J.D’AmbrozioMarussia VirginCosworth+ 2 dövrə
22D.RikkardoHispaniaCosworth+ 2 dövrə
23V.LiutsiHispaniaCosworth+ 3 dövrə
S.BuemiToro RossoFerrari

Sürətli dövrə: Censon Batton (McLaren) – 1:36.568 (52-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault324
02C.BattonMcLarenMercedes210
03F.AlonsoFerrariFerrari202
04M.UebberRed BullRenault194
05L.HəmiltonMcLarenMercede178
06F.MassaFerrariFerrari90
07N.RosberqMercedes GPMercedes63
08M.ŞumaherMercedes GPMercedes60
09V.PetrovLotus Renault GPRenault36
10N.HaydfeldLotus Renault GPRenault34
11A.SutilForce İndiaMercedes28
12K.KobayaşiSauberFerrari27
13P.di RestaForce İndiaMercedes20
14X.AlgersuariToro RossoFerrari16
15S.PeresSauberFerrari13
16S.BuemiToro RossoFerrari13
17R.BarrikelloWilliamsCosworth4
18B.SennaLotus Renault GPRenault2
19P.MaldonadoWilliamsCoswort1
20P.de la RosaSauberFerrari0
21Y.TrulliTeam LotusRenault0
22H.KovalaynenTeam LotusRenault0
23V.LiutsiHispaniaCosworth0
24J.D’AmbrozioMarussia VirginCosworth0
25T.QlokMarussia VirginCosworth0
26N.KartikeyanHispaniaCosworth0
27D.RikkardoHispaniaCosworth0
28K.ÇandhokTeam LotusRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault518
02McLarenMercedes388
03FerrariFerrari292
04Mercedes GPMercedes123
05Lotus Renault GPRenault72
06Force İndiaMercedes48
07SauberFerrari40
08Toro RossoFerrari29
09WilliamsCosworth5
10Team LotusRenault0
11HispaniaCosworth0
12Marussia VirginRenault0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 358
Teqlər
Paylaş

logo