Y.Ferstappen: Oğluma haqsızlıq edildi

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, Red Bull komandası Monakoda oğluna heç bir kömək etməyib.

F-1.az xatırladır ki, Monakoda yarışı Serxio Peres qazanıb. Ferstappen isə üçüncülüklə razılaşmalı olub.

Yos Ferstappen: “Bir ata kimi məyus oldum. Maksın üçüncü yeri tutması xəyal qırıqlığı yaşatdı. Hamımız gördük ki, onun üçün çətin həftəsonu idi. Bolidə hələ də uyğunlaşa bilmir. Maks bolidin ön tərəfində ilişmə az olanda sürə bilmir. Xüsusən də Monakodakı kimi qısa və yavaş döngələrdə çox sürətli dönən maşın istəyirsiniz. Yəni ki, belə problemlər Monakoda daha çox üzə çıxır.

Red Bull yaxşı nəticə qazansa da, Maksı önə çıxarmaq üçün heç nə etmədilər. Üçüncü yeri Şarl Leklerin pitdəki səhvinə görə tutdular. Çempionatın lideri Maksa komanda xüsusi strategiya hazırlamadı. Hər şey Çekonun xeyrinə idi. Çox məyusam. Çempionat lideri üçün vəziyyət tam fərqli olmalı idi.

Peres əslində yarışı erkən pit-stop hesabına qazandı. Komanda bunu qumar kimi göstərə bilər, amma Qaslinin performansına baxsaq, görərik ki, keçid təkərləri yarışın o nöqtəsi üçün ən yaxşı seçim idi. Maks üçün də belə strategiya seçməklərini istəyərdim. Maksın əlindən 10 xal aldılar. İki dəfə mübarizəni dayandırdığı üçün hər xala ehtiyacımız var. Ferrari də sıralanma turunda çox güclüdür.

Sıralanma turunda Peres qəza etməsə, Ferstappen ikinci olacaqdı. Əgər yarışa başlasa, hər şey fərqli olardı. İndi isə Bakı və Kanada yarışlarına fokuslanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*