Xeres avtodromunda tribunalar doludur

Bu gün səhər Ferrari komandasının mətbuat xidməti reliz yayaraq bildirib ki, Fernando Alonso və komanda quru havadan maksimum effektiv istifadə […]

Bu gün səhər Ferrari komandasının mətbuat xidməti reliz yayaraq bildirib ki, Fernando Alonso və komanda quru havadan maksimum effektiv istifadə etməyə çalışacaqlar. Xeres testlərinin son günü ikiqat dünya çempionu şassinin müxtəlif sazlanmalarda müqayisəli təhlilini aparacaq və uzun seriyalı dövrələrdə təkərlərin yeyilməsi xüsusiyyətlərini öyrənəcək.

Avtodromun sahibləri isə sevinclərini gizlətmirlər – tribunalar doludur: ikiqat dünya çempionunun azarkeşləri həmyerlilərinə baxmaq üçün ölkənin hər yerindən istirahət günü trasa axışıblar. Mərkəzi tribuna səhər tezdən tamaşaçılarla dolu olub. Teslər isə yerli vaxtla axşam saat 17:00-da başa çatacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*