19 İyun 2019, Çərşənbə - 11:31

X.Algersuari təcrübə toplamağa hazırlaşır

X.Algersuari təcrübə toplamağa hazırlaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:35 - 15 Avqust, 2009

On doqquz yaşlı ispan sürücü Xayme Algersuari hələlik Toro Rosso-nun heyətində cəmi bir yarış keçirib, amma o digər yarış kateqoriyalarında […]

On doqquz yaşlı ispan sürücü Xayme Algersuari hələlik Toro Rosso-nun heyətində cəmi bir yarış keçirib, amma o digər yarış kateqoriyalarında da çıxış etməklə təcrübə və ustalıq toplamaq fikrindədir. Onun Macarıstandakı debütünü uğurlu saymaq olar: sıralanma turunda 19-cu nəticəni göstərən Xayme yarışı komanda yoldaşı Sebastyen Bueminin önündə 15-ci yerdə başa vurmuşdu. Debütdən bir həftə sonra Portuqaliyada Dünya Renault seriyasının növbəti mərhələsində o poul qazanaraq yarışda da qələbə çalıb. Sentyabr ayında isə Algersuari kartinq üzrə dünya çempionatında start almaq niyyətindədir…

Xayme Algersuari: “Sentyabrda mən kartinq üzrə dünya çempionatının startına çıxacam, yarış Neapol yaxınlığındakı Sarno trasında olacaq. Mənim üçün başlıcası öyrənməkdir, bunun üçün ən güclü rəqiblərlə yarışmaq lazımdır.”

Gələn həftə isə Algersuari Valensiyada yenidən Toro Rosso-nun kokpitində oturacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 206
Teqlər
Paylaş

logo