Komandalar motorların dondurulmasını yekdilliklə dəstəkləyiblər

Formula1-də son vaxtlar gündəmdə olan vacib məsələlərdən biri öz həllini tapıb. Komandalar motorların dondurulması məsələsində razılığa gəliblər.

F-1.az xatırladır ki, bu fikir ilk dəfə səsləndirildikdə heç də hamı müsbət qarşılamamamışdı. Lakin Formula1 Komissiyasının iclasında qərarın lehinə bütün iştirakçılar səs verib.

Beləliklə, qərar ən çox Red Bull və AlphaTauri üçün sərfəli olub – hər iki komanda mövsümün sonunda çempionadan ayrılmaq qərarına gələn Honda motorlarından istifadəyə davam edəcəklər.

Qərarın detallarının növbəti aylarda geniş müzakirə olunması gözlənilir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*